Yenixeber.org: Artıq 3 ilə yaxındır ki, QHT Agentliyində hamıya məlum olan baş vermiş səssiz çevrilişdən sonra, Azərbaycanda vətəndaş cəmiyyəti böhran keçirdir. QHT Agentliyi korrupsiya bataqlığında boğulur. Çünki QHT sektoru 2023-cü ilin may ayının sonundan QHT Agentliyinin o zamankı icraçı direktoru, indiki İdarə heyətinin sədri Aygün Əliyevanın fenomen bacarığına görə onun ixtiyarına verilib. Bu barədə son aylarda da, ondan əvvəl də bəzi saytlarda, o cümlədən Yenixeber.org saytında korrupsiya araşdırmalarının nəticələri olaraq, silsilə yazılar dərc olunur, Xəbərmən TV-də verilişlər gedir. Sözün əsl mənasında dövlətinə və prezidentinə sadiq olan, milli, illərdən bəri cəmiyyətin həssas qrupları ilə çalışan və fəaliyyəti boyu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, ölkə hüdudlarında kənarda dövlətin xeyrinə təbliğat aparan QHT sədrlərinə qarşı repressiya elan edilib.
Deyərsiniz ki, bunların Fazil bəylə nə əlaqəsi var?
Birincisi, Fazil bəy vətəndaş cəmiyyətində baş verənlərlə bilirəm ki, yaxından tanışdır, çünki anası Kubra Babayeva “Azərbaycan Maarifçi Xeyirxah Xanimlar” İctimai Birliyinin 20 ildən çoxdur ki, sədridir. Fazil bəy MM-ə 2005-ci ildə deputat seçilən vaxtda anasının QHT-si də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdı. K.Babayeva hər il yaxşı məbləğli qrant alıb, istər QHT Şurasının, istərsə də QHT Agentliyinin vaxtında. Səhv etmirəmsə, bircə 2022-ci ildən başqa. Faktları mənə QHT Agentliyinin dövlətini sevən bir işçisi verib.
İkincisi, Fazil bəy MM-də İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Hələ onu demirəm, QHT Şurasının, eyni zamanda bu yaxınlara kimi QHT Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevlə dostluq və deyilənə görə qohumluq əlaqələri olduğunu hamı bilir. Bu faktı da mənə illərdən bəri əvvəllər QHT Şurasında, indi isə Agentlikdə işləyən əməkdaş deyib. Necə deyərlər, “babalı onun boynuna”.
Hələ Fazil bəyin anasının layihələrini kimin yazdığını, təqdim etdiyini və işləyib, hesabatını da verdiyini bildirib. Mən onu açıqlamayacağam. 5-6 tanınmış QHT-nin layihəsini işləyən, kiminsə çörəyini kəsən deyiləm.
Gələk, “Azərbaycan Maarifçi Xeyirxah Xanimlar” İctimai Birliyinin layihələrinə. Layihələrin adı müxtəlif olsa da, eyni “fəaliyyətdir”. Xeyriyyəçilik! Bildiyimə görə qanunla qrant müsabiqəsində xeyriyyəçiliklə bağlı layihələrin qəbul olunması qadağan olmasına baxmayaraq, K.Babayeva layihə çərçivəsində dövlətin pulu ilə xeyriyyə tədbiri keçirdir, tədbir iştirakçılarının hər birinə bir paket ərzaq verir. Bir gün də Kubra xanımın Bakıxanox qəsəbəsindəki evində həkim müayinəsi keçirtməklə yekunlaşır. Guya hüququ yardım da edilir.
Lakin illərdən bəri Samir Adıgözəllinin sədrliyi ilə İSBAM çərçivəsində istər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda həyata keçirtdiyimiz dövlət üçün çox böyük əhəmiyyət kəsb edən layihələrə cüzi vəsait verilib, veriləndə də 1 il verilib, bir neçə il verilməyib. İndi bu aytrıseçkliyin kökləri bəlli olur.
Aygün Əliyeva dəfələrlə Fazil bəyin anası Kübra Babayevanın Bakıxanox qəsəbəsindəki evinə qonaq gedib. QHT Agentliyinin sabiq icraçı direktoru, indiki İdarə heyətinin sədri Aygün Əliyevanın hansı xarakterin sahibi olduğu hamıya bəllidir. Bir az ağızdan boşdur. Ona arxa-dayaq olmaq üçün, onu tərifləmək üçün hansı QHT sədrlərinin evlərinə getdiyini, hansı hədiyyələr apardığını, bayramlarda sürücüsü ilə hansı sovqatlar göndərdiyini həm agentlik əməkdaşlarına, həm QHT sədrlərinə, həm də tanışlarına danışamağı çox xoşlayır. Mən jurnalistəm, əhatə dairəm genişdir. İctimai nəqliyyatda, getdiyim yerlərdə Aygün Əliyevanın “qonaqlıq və hədiyyələr göndərmək” fəaliyyəti ilə çox danışıldığını eşidmişəm, o cümlədən Kübra xanımgilə getdiyi barədə.
Aygün Əliyevanın Fazil bəyin anası ilə yaxın münasibətindən sonra bəzi məqamlar bizə bəlli oldu. Dediyim kimi 3 ilə yaxındır ki, 2023-cü ilin may hadisəsindən sonra vətəndaş cəmiyyəti çalxalanır, sakitliyinə son qoyulub. Yəni komitə sədri və QHT sədrinin övladı olaraq, Fazil bəyi bu problem heç düşündürməyir?
Nəyə görə bir maraqlanıb, günahsız yerə incidilən, onlara qarşı səbəbsiz olaraq qadağalar qoyulan, səbəbsiz olaraq qrant müsabiqələrində iştirak etməmələri üçün reyestrdən çıxarışları verilməyən QHT sədrləri ilə görüşüb, düşdükləri vəziyyəti araşdırmır? Əksinə, Aygün Əliyevanın göstərişi ilə ona yaxın olan QHT sədrlərinin ad günlərində, bəzi QHT-lərin təsis günlərində həmin sədrlər Fazil bəy tərəfindən Milli Məclisə dəvət edilib, orada təbrik edilirlər. Bu ancaq Aygün Əliyevanın göstərişi ilə həyata keçirilir. Fazil bəy komitə sədri olaraq, hətta bəzi Aygün Əliyeva ilə restoranlarda şəkillər çəıkdirib, paylaşan QHT sədrlərinin tədbirlərində də iştirak edir. Onları MM-də qəbul edib, şəkillər də çəkdirir. Ancaq Əliyevanın göstərişi ilə. Həmin şəxslər Aygün Əliyevanını siyahisində olan QHT sədrləridirlər. QHT sektorunda baş verən korrupsiya hallarını faktlarla ifşa edən, Prezidentin ictimai nəzarət çağırışına qoşulduqları üçün Aygün Əliyevanın və onun havadarlarının qəzəblərinə tuş gəlmiş dürüst
QHT sədrləri deyillər!
Ölkədə fəaliyyətlərinə görə tanınmış QHT sədrləri var ki, 2025-ci ildə onların özlərinin və təsis etdikləri QHT-lərin yubileyləri oldu. Ancaq Fazil bəy onları təbrik edtmədi, çünki həmin sədrlərdən Aygünün xoşu gəlməyir. Çünki onlar Əliyevanı haqlı yerə, korrupsiya əməllərinə görə tənqid edirlər.
Xatırlayıram, Fazil bəy komitə sədri təyin olunandan sonra MM-də bir dəfə QHT sədrləri ilə görüş keçirtmişdi, təbii ki, Aygün Əliyevanın göndərdiyi, onu və Agentliyin fəaliyyətini tərifləyən QHT sədrləri ilə.
Mən sosial şəbəkələrdə Fazil bəyin həmişə idmanla, xüsusilə də futbolla, mədəniyyətlə, kitab təqdimatları ilə bağlı paylaşımlar etdiyinin şahidiyəm. Elə bil o, adını çəkdiyim sahələr üzrə komitə sədridir, ictimai birliklər üzrə deyil.
Heç də sirr deyil, Aygün Əliyevə əməllərini ört-basdır etməkdə ona dəstək vemək üçün dövlətin pulu ilə yüksək vəxifəli şəxslərə yarınmaq məqsədi ilə PA-nın əməkdaşlarına və ailə üzvlərinə, Hesablama Palatasının üzvünə, BDU-nun rektorunun həyat yoldaşına, icra hakimiyyətlərində çalışanların özlərinə, həyat yoldaşlarına, deputatlara, onların ailə üzvlərinə, sayt rəhbərlərinə, onların ailə üzvlərinə, tanınmış jurnalistlərə qrantlar paylayır. Bu barədə artıq neçə aydır ki, faktlarla ifşaedici yazılar dərc olunur. Lakin A.Əliyeva və medal paylayan Medianın İnkişafı Agentliyinin rəhbərliyi, həmçinin onların havadarları unutmasınlar ki, heç kim Ramiz Mehdiyevdən artıq olmayacaq. Bir gün onlar da əməllərinə görə cavab verməli olacaq!
Sima Babayeva










AZ
RU
