Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Direktor kreslosuna gedən yol: könüllü imtinalar, yoxlamalar və suallar -İLGİNC İDDİALAR

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışan Fikrət Heybətov nə Müəllimlərin İşə Qəbulu (MİQ), nə də Dövlət Qulluğu imtahanından keçə bilmədiyi üçün sözügedən vəzifədə müqavilə əsasında çalışırdı.
Yenixeber.org: Son zamanlar Fikrət Heybətovun fəaliyyəti ilə bağlı artan şikayətlər, eləcə də sosial şəbəkələrdə yayılan tənqidi və neqativ paylaşımlar fonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin onunla bağlanmış müqavilənin uzadılmasına razılıq vermədiyi bildirilir.

Məsələ buradan sonra maraqlı məcraya yönəlir.
Bizə daxil olan məlumatlara görə, Fikrət Heybətov üçün yeni iş yeri axtarışına başlanılıb. Hazırda isə diqqətlər Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli liseyə yönəlib. Bildirilir ki, liseydə direktor vəzifəsi boşdur və məhz bu yerə Fikrət Heybətovun direktor kimi təyin edilməsi planlaşdırılır.

Qanun nə deyir?
Mövcud qaydalara əsasən, direktor təyinatı zamanı ilk növbədə həmin məktəbin direktor müavinləri arasında daxili müsabiqə keçirilməlidir. Yalnız o halda ki, məktəbdaxili kadrlar direktor olmaq istəməsin və ya uyğun namizəd olmasın, kənardan təyinat mümkündür.
Lakin bizə daxil olan məlumatlar göstərir ki, bu mərhələnin “formallığa” çevrilməsi üçün müəyyən addımlar atılır.
İddialara görə, liseyin direktor müavinlərindən direktor olmaq istəmədiklərinə dair ərizə yazmaları tələb olunur. Məqsəd isə aydındır: “könüllü imtina” görüntüsü yaradaraq kənardan təyinat üçün yol açmaq.
Bu proses çərçivəsində hazırda məktəbin direktor səlahiyyətlərini icra edən direktor müavini Sədaqət Cəmiyevaya qarşı “yoxlama” adı altında ardıcıl təzyiqlərin göstərildiyi bildirilir. Məqsədin onu ərizə yazmağa məcbur etmək olduğu iddia olunur.
Digər direktor müavini Kəmalə Niftaliyevanın isə bu tələbi qəbul etmədiyi, ərizə yazmaqdan imtina etdiyi və düşünmək üçün vaxt istədiyi deyilir.
Ortaya çıxan mənzərə nəyi göstərir?
Məktəbin mövcud rəhbər kadrlarını “könüllü şəkildə” direktor olmaq fikrindən daşındırmaqla, konkret bir namizəd üçün yolun açılması təəssüratı yaranır.
Bu isə təkcə bir təyinat məsələsi deyil, təhsil sistemində şəffaflıq, ədalət və idarəetmə prinsiplərinin necə tətbiq olunması ilə bağlı ciddi suallar doğurur.
Mövzunu diqqətdə saxlayır, aidiyyəti qurumların məsələyə münasibət bildirməsini və iddialara aydınlıq gətirməsini gözləyirik.
Mövzu ilə bağlı yeni məlumatlar əldə etdikcə oxucularımızı məlumatlandıracağıq. 

Kamal Dadaşov - "DİA-AZ"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam