Tramp İrana aviazərbələri nəzərdən keçirir -RƏSMİ
ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.
Yenixeber.org: Bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə bildirib.
"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: O, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.
Levitt, bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir.
O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.










AZ
RU
