Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakıda növbəti beynəlxalq konfrans keçiriləcək

 

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir.

Yenixeber.org xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.

Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri və ümumilikdə 150-yə yaxın iştirakçı təmsil olunacaq. Konfrans çərçivəsində təhsil sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr aparılacaq və “ICESCO-ya üzv ölkələr arasında süni intellekt indeksinin tərtib olunması”na dair yekun bəyannamə qəbul ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam