Fransa könüllüləri orduya çağırır –SƏBƏB
Fransanın təhlükəsizlik siyasətində əhəmiyyətli dəyişiklik hazırladığı bildirilir. Fransa Prezidenti Emmanuel Makron bir neçə gün ərzində könüllü hərbi xidmətlə bağlı qərarını açıqlaya bilər.
Yenixeber.org: Bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Avropada artan müharibə ritorikasına görə düşündüyü 10 aylıq ödənişli və könüllü hərbi xidmətlə bağlı qərarını noyabrın 27-də keçirəcəyi iclasda açıqlamağa hazırlaşır. Yeni sistemlə hər il 10-50 min gəncin orduya qatılacağı gözlənilir.
Ölkənnin 2025-ci il Milli Strategiya hesabatına görə, hazırda Fransa ordusunda 200.000 həqiqi hərbi qulluqçu və 47.000 ehtiyat əsgər olduğu halda, 2030-cu ildə bu rəqəmlərin müvafiq olaraq 210.000 və 80.000-ə çatdırılması hədəflənir.










AZ
RU
