Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rekordsmenin sirli ölümü –İsveçə köçmək istəyən idmançı qadının qatili 2 ildən sonra azadlığa çıxıb

Yenixeber.org: Əksər dövlət başçıları beynəlxalq idman turnilərini həmişə diqqət mərkəzində saxlayıblar. Sözsüz ki, siyasilərin mötəbər yarışlara diqqət kəsilməsi azarkeşlikdən daha çox siyasi məqsəd daşıyıb. Liderlər həm də “idmanda qalib” kimi öz ölkələrinin nüfuzunu artırmaq istəyiblər.

Bu məsələdə sovet liderləri də fəallıq nümayiş etdiriblər. Xüsusilə Leonid Breynev üçün sovet idmançılarını dünyanın idman arenalarında qalib görmək olduqca önəmli məsələ sayılıb. Elə buna görə də Brejnevin hakimiyyəti illərində idmançılar daha çox qayğı ilə əhatə olunublar, baş katib mütəmadi olaraq onlarla görüşlər keçirib, problemlərini dinləyib və yerindəcə ölkənin idman şərəfini qoruyanların istəkləri yerinə yetirilib.

Amma bütün bunlara, göstərilən qayğılara, kifayət qədər imtiyaz və güzəştlərə malik olmalarına baxmayaraq, idmançılar zaman-zaman siyasi liderlərə problemlər yaşadıblar. 1960-cə illərin əvvəllərindən başlayaraq bir çox incəsənət, elm xadimləri kimi, idmançılar arasında da ölkəni tərk etmək istəyənlər az olmayıb. Bu Nikita Xruşovun bu sahələrə qeyri-ciddi, kobud, laqeyd münasibətindən irəli gəlib və bütün bunlar Brejnevin gözü qarşısında baş verib.

26798421.jpg (111 KB)

Brejnev hakimiyyətə gəldikdən sonra axının qarşısını almaq üçün iki istiqamtdə iş aparıb. Birincisi, mədəniyyət, incəsənət, elm və idman nümayəndələrinin sosial rifahının yaxşılaşması üçün konkret tədbirlər həyata keçirilib, ikincisi, tez-tez xarici ölkələrə səfər edən bu sahənin adamlarının üzərində DTK nəzarəti artırılıb. Kimlərsə DTK-nın “qara siyahısı”na düşərək tam nəzarətə götürülüb və onlara ciddi məhdudiyyətlər qoyulub.

DTK-nın “qara siyahısı”na düşənlərdən biri də sürətli konkisürmə üzrə 4 dəfə dünya, 6 dəfə SSRİ çempionu, bu idman növü üzrə dünya rekordunu 10 dəfə yeniləyən, əməkdar idman ustası İnqa Voronina (Artamonova) olub.

scale_1200.jpg (82 KB)

İnqa Voronina 1936-cı ildə Moskvada anadan olub. Uşqalığı ağır müharibə illərinə düşsə də, o, çətinliklərə baxmayaraq, orta məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri olub. Uşaqlıq illərindən buz meydançalara hədsiz meyl göstərən İnqa gələcək həyatını idmana bağlayıb.

Artıq 1957-ci ildə, 21 yaşında dünya çempionu titulunu qazanan İnqa Voronina SSRİ-nin ən populyar idmançılarından biri olub. Bir il sonra, 1958-ci ildə növbəti dəfə dünya çempionu adını qazananda sovet idmançısının adı və fotosu dünyanın ən tanınmış kütləvi informasiya vasitələrində tirajlanıb.

Sovet dövrünün qadağaları dünya şöhrətli idmançının həyatından da yan keçməyib. Belə ki, İcveçdə keçirilən turnirlərin birində İnqa Voronina həmin turnirin təşkilat komitəsinin üzvlərindən biri, Benqt soyadlı biznesmenlə tanış olub. Bu adi tanışılıq sonradan ciddi sevgi münasibətlərinə çevrilib. Hətta məsələ o dərəcədə ciddi olub ki, İnqa Voronina SSRİ-ni tərk edib İsveçə getməyə hazır olub.

55520398.jpg (125 KB)

Bu münasibətlərə görə İnqa Voronina DTK-ya çağrılıb. Onunla ciddi söhbət aparılıb. İdmançı növbəti dünya çemponatına buraxılmayıb, “cəza” tədbiri kimi onun ayda aldığı 3000 rubl məvacib 800 rubla endirilib. Bir ilə yaxın nəzarətdə saxlanıldıqdan sonra İnqa Voroninanın DTK sədri Vladimir Semiçastnı ilə görüşü keçirilib. O, DTK sədrinə İsveç sevdasından əl çəkdiyini bildirib və xahiş edib ki, ona tətbiq edilən məhdudiyyətləri aradan qaldırsınlar. Semiçastnı onun xahişini yerinə yetirib, amma təbii ki, nəzarəti Voroninanın üzərindən çəkməyib.

İnqa Voronina yenidən xarici ölkələrdə keçirilən turnirlərə qatılıb, yeni çempion titulları qazanıb. Amma istər xarici ölkələrdə olanda, istərsə də Moskvada o, dilinə sahiblik etməyərək İcveçə getmək arzusunu bildirib. Bunlar azmış kimi İnqa Voronina sovet rejiminin ünvanına sərt ifadələr də işlədib.

kj.jpg (108 KB)

Növbəti dünya çempionu adını qazananda İnqa Voroninaya Moskvada, Frunze küçəsi 3-də yerləşən binada iki otaqlı mənzil verilib. Adətən bu binadakı mənzillər DTK əməkdaşları üçün nəzərdə tutulub. Eyni zamanda onunla qonşu mənzil sürətli konkisürmədə digər məşhur bir idmançıya, Gennadi Voroninə ayrılıb. Qısa müddət ərzində Gennadi Voronin İnqaya öz sevgisini etiraf edib. Beləliklə də, həmkarlar ailə həyatı qurub. Ancaq bu nikah çox da uzun çəkməyib. İlk aylar hər şey qaydasında olsa da, sonralar bu ailədə yaşanan hadisələr çoxlarını təəccübləndirib.

Gennadi Voronin yaşına görə artıq yarışlarda iştirak etməyib. O, fəaliyyətini məşqçi kimi davam etdirib. Günün ikinci yarısından sonra əyyaşlıqla məşğul olan məşqçi axşamlar evdə dava-dalaş salıb. İnqa Voronina çox tez-tez üzündə, gözünün altında zərbə yerləri ilə üzə çıxıb. Münasibətlər dözülməz vəziyyətə çatanda İnqa Voronina anasının yaşadığı evə köçüb.

ruecf0ad098e8.jpg (42 KB)

1965-ci ilin son günündə, yeni il axşamı Gennadi Voronin münasibətlərə aydınlıq gətirmək üçün həyat yoldaşının anasıgilə yollanıb. O, dəhlizdə İnqadan xahiş edib ki, onu evə buraxsın. Mənzilə keçdikdən sonra onlar söhbət etmək üçün ayrıca bir otağa çəkiliblər. Gennadi Voronin cibində gətirdiyi bıçaqla İnqanın ürək nayihəsinə güclü zərbə endirib.

Anası və qardaşı İnqa Voroninanı həkimə çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və elə ən maraqlı məqamlar da istintaqın gedişatında üzə çıxıb. İstintaq qatilin xeyrinə aparılıb. Cinayət işinin materiallarında Gennadi Voroninin hadisəni affekt vəziyyətdə törətdiyi xüsusilə qeyd olunub. İş məhkəməyə veriləndə məhkəmə bu faktl əsas götürərək Gennadi Voroninin cəzasını yüngülləşdirərək onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Cəmisi iki ildən sonra isə bu cəza şərti cəza ilə əvəzlənib.

scale_1200 (3).jpg (128 KB)

 

Sözsüz ki, çoxları üçün ölüm hökmünə məhkum olunacaq bir şəxsin iki ildən sonra azadlıqda olması təəccüblü görünüb. Bəzi araşdırmaçıların qənaətinə görə isə Gennadi Voroninə belə güzəştin edilməsinin öz sirri olub. Belə ki, onların versiyasına görə, İnqa Voroninin qətlə yetirilməsi DTK-nın ssenarisi əsasında baş tutub. DTK İnqa Voroninanın xarici ölkəyə qaçacağını, orada SSRİ-nin əleyhinə danışacağını istisna etməyib.

29 yaşlı İnqa Voronina Moskvada, Vaqankovo qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam