Rusiya Ukraynanın 121 PUA-sını VURDU
Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 121 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Onlardan 29-u Krasnodar vilayəti, 15-i Krım, 13-ü Bryansk vilayəti, 12-si Belqorod vilayəti, 9-u Voronej vilayəti, 8-i Saratov və Stavropol vilayəti , 7-si Kaluqa vilayəti, 6-sı Tula vilayəti, 5-i Rostov vilayəti, 4-ü Ryazan vilayəti, 2-si Azov dənizi akvatoriyası, 1-i isə Smolensk, Oryol və Tver vilayətləri üzərində məhv edilib”, - məlumatda deyilir.