Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1231-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 68 251 PUA-sı, 614 zenit-raket kompleksi, 24 162 tank və digər zirehli texnikası, 1 576 reaktiv yaylım atəş sistemi, 27 129 artilleriya və minaatanı, 37 832 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.