Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

ADY qatarları yay qrafikinə keçir

 

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.

Yenixeber.org xəbər verir ki, məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq 10 iyul 2025-ci il tarixindən etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Qrafikdən çıxarılan reyslər Bakı–Sumqayıt–Pirşağı–Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir.

Həmçinin Bakı–Xırdalan və Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqamətləri üzrə Bakı Dəmiryol Vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır.

Sahələrdə davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam