Yenixeber.org: Məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır.
“Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq. Ən böyük arzumuz odur ki, xoşagəlməz hadisələr Rusiya ilə Azərbaycan arasında münasibətlərə bərpaolunmaz zərər vurmasın. Lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür”.
Ərdoğan, bu məsələni Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə müzakirə etdiyini də bildirib:
“İlham bəy burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələni gərginləşdirməyin tərəfdarı deyil”.
***
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlər arasındakı münasibətlərdən fərqlidir. Biz Azərbaycana təkcə dostluqla deyil, həm də qardaşlıqla bağlıyıq.
Məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bu mənada “İki dövlət, bir millət” şüarı sıradan bir ifadə deyil.
“O, dərin mənaları ehtiva edir və konkret qarşılığı var. Biz bunu tarix boyu dəfələrlə sübut etmişik. Ona görə də bu bölgədə baş verən hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh və əmin-amanlıq hamıya fayda verəcək. Azərbaycan və Ermənistan arasında sülh prosesinin diplomatik çərçivəsi də tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlarda sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir. Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, bizim üçün, İran və digər ölkələr üçün bir fürsətdir”.