Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

 9 nəfəri öldürən şəxs edam edildi...

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü icra edilib.

Yenixeber.org: Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Bu, eyni zamanda Baş nazir Siqeru İsibanın hökumətində ədliyyə naziri tərəfindən icrasına göstəriş verilən ilk ölüm hökmüdür. Yaponiyada ölüm cəzası asma yolu ilə həyata keçirilir.

Edam olunan yerli sakin 2021-ci ildə doqquz nəfəri qətlə yetirdiyinə görə ən ağır cəzaya - ölüm hökmünə məhkum edilmişdi.

34 yaşlı Takaxiro Şiraisi intihara meyilli yeniyetmə və gəncləri sosial şəbəkələr vasitəsilə aldadaraq evinə gətirir və orada onları öldürürdü.

Məlumata görə, müharibədən sonrakı dövrdə Yaponiyada ümumilikdə 105 cinayətkara qarşı ölüm hökmü icra olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam