Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qərbi Azərbaycan İcmasından AŞPA prezidentilə bağlı BƏYANAT

 

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə ifadə etdiyi irqi ayrı seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayıb.

Yenixeber.org-un məlumatına görə, İcma bəyan edib ki, T. Rusopulosun qaba, məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir.

"AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına biganə qalmışdır. Qurum özünün anti-Azərbaycan mahiyyətini və Azərbaycan xalqına qarşı irqçi yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra açıq şəkildə ortaya qoymuşdur.

Azərbaycanın Ermənistanın otuz illik işğala son qoymasına və beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtması imkanı əldə etməsinə “kədərlənən”, Ermənistandan qovulmuş yüz minlərdə azərbaycanlının qayıdış hüququna faktiki olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir.

Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və “müstəsnalıqları”na inanırlar.

Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam