Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Abşeron icra hakimiyyəti hara baxır?- Bayrağımıza qarşı hörmətsizlik-VİDEO+FOTOLAR

media-absss

Abşeron rayonu Mehdiabad qəzəsəbəsində dövlət bayrağına hörmətsizlik  

media-011

Yenixeber.org: Sosial platformada  Abşeron rayon icra hakimiyyətinin Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının önündə  Azərbaycan Respublikasının Dövlət Bayrağının yararsız hala düşməsi  ilə bağlı görüntülər yayılıb.  Dirəkdən yırtıq formada asılan bayrağın yararsız halda olduğu görünür.

Sosial şəbəkənin  bir çox istifadəçiləri tərəfindən video görüntülər  narazılıqla qarşılanıb və hörmətsizlik kimi qəbul edilib.

media-012

Maraqlısı isə budur ki, nədənsə, Abşeron rayon icra hakimiyyətinin və Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə məsul şəxsləri ümumiyyətlə, heç bir məsul qurum bayrağı dəyişdirmir.

media-013

Qeyd edək ki,  dövlət bayrağına, hörmətsizlik edənlər   “Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Dövlət Bayrağına və Dövlət Gerbinə qarşı təhqiredici hərəkətlərin edilməsi iki ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov qanunsuz əməlləri ilə Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsasən 2023-cü ildə həbs olunub.(xalq.az)

Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam