Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ermənistandan sərhəd demarkasiyası ilə bağlı AÇIQLAMA

 

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiyanın bütün prosesi Sovet İttifaqının dağılması zamanı mövcud olan və Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədi ifadə edən hüquqi cəhətdən əsaslandırılmış sənədlərə və xəritələrə əsaslanır.

Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan KİV-nə Baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildirilib.

“İki ölkənin komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin preambulasında demarkasiya prosesinin əsas prinsipi kimi 1991-ci il Alma-Ata Bəyannaməsi təsbit olunub. Buna görə də bütün demarkasiya prosesi Sovet İttifaqının dağılması zamanı mövcud olan və Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədi ifadə edən hüquqi cəhətdən əsaslandırılmış sənədlərə və xəritələrə əsaslanacaq”, - Mher Qriqrianın ofisi yazılı cavabında bildirib.

2024-cü ildə Tavuşda sərhədin demarkasiyası zamanı 1976-cı ildən SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında mövcud olan topoqrafik xəritələrin əsas götürüldüyü bildirilmişdi.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında demarkasiya prosesi 2024-cü ilin aprel ayından başlayıb və 19 aprel 2024-cü ildə Qazax rayonunun 4 kəndi (Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli, Qızılhacılı) işğaldan azad olunub, aprelin 23-də isə Tavuşda ilk sərhəd dirəyi quraşdırılıb.

2025-ci il yanvarın 16-da isə iki ölkənin demarkasiya və delimitasiya komissiyaları prosesin Gürcüstan sərhədindən İrana qədər davam etdirilməsi barədə razılığa gəliblər.

Hazırda Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndi hələ də işğaldadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam