Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğan: Xəzərdə Zəngəzur mərkəzli olmaqla dəhlizləri strateji tərəfdaşlarla birlikdə inşa edəcəyik

 

Bəsrə körfəzində (Kəngər körfəzini nəzərdə tutur-red.) Əl Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Orta Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında "2030-cu il Sənaye və Texnologiya Strategiyası"nın təqdimat mərasimində deyib.

O qeyd edib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini Türk dövlətləri, Orta Şərq və Afrika ölkələri ilə paylaşaraq, onların istehsal və tədqiqat ekosistemlerini gücləndirməyə və inkişaf etdirməyə bələdçilik edəcək.

"Strategiyamızın məqsədlərindən birini də istehsal sənayesinin məhsuldarlıq, tutum və miqyas problemlərini həll etmək, böhran və şoklara qarşı dayanıqlılığını artırmaq olaraq müəyyən etdik və bu başlıqda 22 strategiyaya yer verdik. Mövcud strategiya sahələrini genişləndirərək yeni planlı sənaye sahələri yaradacağıq. Riskli bölgələrdə yerləşən müəssisələrin təhlükəsiz bölgələrə köçürülməsinin önünü açacağıq", - Prezident vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam