Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Vyetnam prezidenti Kamran Əliyevi qəbul edib-FOTOLAR

 

Vyetnamda səfərdə olan Baş prokuror Kamran Əliyevi ölkə prezidenti Luonq Kuonq qəbul edib.

Yenixeber.org xəbər verir ki, Luonq Kuonq bu səfərin Azərbaycan-Vyetnam dostluq münasibətlərinin, xüsusilə də iki ölkənin məhkəmə orqanları arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son dövrdə siyasi-sosial sabitliyin təmin edilməsi, iqtisadiyyatın müsbət inkişafı, əhalinin həyat səviyyəsinin davamlı yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqe və rolunun gücləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. 

Qəbula görə dövlət başçısına təşəkkürünü bildirən Kamran Əliyev Vyetnamda qısamüddətli səfəri zamanı nümayəndə heyətinin Vyetnam tərəfindən səmimi qəbul və böyük qonaqpərvərlik gördüyünü qeyd edib.

Luonq Kuonq Vyetnamın dost ölkələrlə, o cümlədən Azərbaycanla dostluq münasibətlərini daim gücləndirmək istədiklərini qeyd edib.

O, bir çox Vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını və hazırda müxtəlif nazirlik və idarələrdə əsas vəzifələrdə çalışdığını qeyd edib. Dövlət başçısı bunun Vyetnam və Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirən güclü bir bağ olduğunu vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Qeyd edilib ki, sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam