Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

CHP fövqəladə qurultaya gedir

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl aprelin 6-da partiyasının fövqəladə qurultaya gedəcəyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə siyasətçi mətbuata açıqlamasında bildirib.

“Aprelin 6-da <…> CHP-nin nümayəndələri fövqəladə qurultayda <...> Atatürkün qurduğu partiyaya qəyyum təyin etməyə belə cəhd edənlərə inad <…> iradələrini bildirəcəklər”, – o qeyd edib.

Özəl qeyd edib ki, partiya qarşıdan gələn partiyadaxili seçkilərə (praymeriz) əngəl olmaq cəhdləri ilə üzləşib:

“Biz bazar günü (martın 23-də – red.) keçiriləcək seçkiləri pozmaq üçün CHP-yə qəyyum (xarici idarəçi – red.) təyin etmək üçün yeni bir cəhd gördük. Lakin səlahiyyətlərimdən istifadə edərək 15 gün sonra – 6 apreldə fövqəladə qurultay keçirmək qərarına gəldim. Bu, partiya üzərində xarici nəzarətin təyin edilməsi planlarının həyata keçirilməsinə imkan verməyəcək”.

Bundan başqa, Özəl fövqəladə qurultayda partiya sədri seçkilərində özünün də iştirak edəcəyini təsdiqləyib: “İstəyən hər kəs namizədliyini irəli sürə bilər. Bu, demokratik bir yarış olacaq. Amma mən də seçkilərə gedirəm”.

Xatırladaq ki, PKK ilə əlaqələr və korrupsiya işi ilə bağlı araşdırma çərçivəsində İstanbulda yüzə yaxın insan, o cümlədən meriya və bələdiyyə nümayəndələri saxlanılıb. İstanbulun meri Əkrəm İmamoğlu istintaq hərəkətləri üçün İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.

İstanbul valiliyinin qərarı ilə martın 23-dək şəhərdə mitinq və nümayişlərin, eləcə də hər hansı yürüş və mətbuat üçün açıq bəyanatların keçirilməsini qadağan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam