Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Matviyenko: Rusiya və Azərbaycanın illik ticarətinin dəyəri 8 milyard dollara qədər arta bilər

 

Rusiya və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini ildə 8 milyard dollara çatdırmaq üçün böyük potensiala malikdir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində bildirib.

"Rusiya və Azərbaycan ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlara malikdir. Biz ildə təkcə 4 milyard dollara deyil, bütün 8 milyard dollarlıq göstəriciyə çata bilərik. Bu, bizə istənilən problem və maneələri dəf etməyə imkan verəcək. Biz ölçülüb-biçilmiş siyasətinə və Rusiya ilə çoxtərəfli qarşılıqlı fəaliyyətə meyilli olmasına görə Azərbaycana minnətdarıq", - V.Matviyenko bildirib.

O, həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələlərin vacibliyini vurğulayıb.

"Bu problem hamımıza aiddir. Azərbaycanlı həmkarlarımızı 11-ci Neva Ekoloji Konqresində iştirak etməyə xüsusi olaraq dəvət etmək istəyirəm", - sədr qeyd edib.

Bundan başqa, V.Matviyenko Rusiya və Azərbaycanın turizm sahəsində uğurlu əməkdaşlığını qeyd edib, azərbaycanlı investorların Rusiya kurortlarına fəal şəkildə sərmayə qoyduğunu vurğulayıb.

"Turistlərin sayı hər iki istiqamətdə artır, dil baryerinin olmaması və dostluq münasibətləri turizmin inkişafına töhfə verir ", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam