Tramp Bayden hökumətini ABŞ -Rusiya münasibətlərini pisləşdirməkdə ittiham edib
ABŞ-nin 46-cı prezidenti Cozef Baydenin administrasiyası ABŞ və Rusiya münasibətlərinin pisləşməsində günahkardır.
Yenixeber.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Cozef Bayden bizi Rusiya ilə əsl qarışıqlığa sürüklədi. Amma mən bizi bu vəziyyətdən çıxaracağam" - o, "Truth Social"da yazıb.