Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Ombudsman: Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır

 

Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, təhsil sisteminin müxtəlif sahələri üzə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalır:

“Müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur”.

Eyni zamanda təhsil hüququ ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə təhsil müəssisələrində mövcud olan çatışmazlıqlar, eləcə də müəssisə rəhbərlərinin təlim-tədris prosesinin təşkilinə laqeyd münasibəti kimi hallar öz əksini tapıb.

Həmçinin qeyd olunub ki, müəllim çatışmazlığı və ya şagird azlığı səbəbindən regionlarda bəzi orta ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi həyata keçirilir:

“Xüsusən ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan, belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır. Odur ki, "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları"na yenidən baxılması, təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün həmin təhsil müəssisələrində müəllim sayının artırılması məqsədəmüvafiq hesab edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam