Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PEŞƏSİZ GƏNCLƏR və PEŞƏ TƏHSİLİNƏ AYRILAN MİLYONLAR... -Deputat Peşə Təhsili üzrə Dövlət Agentliyində yoxlamalar tələb edir

Ölkə təhsilində peşə məktəbləri universitetlərin və kolleclərin kölgəsində qalıb. Gənclərin əksəriyyəti uğurlu karyeranın başlanğıcını ali təhsildə görürlər. Ali təhsil ala bilməyənlər isə nisbətən az maddiyyat və bacarıq tələb edən kolleclərə yönəlir. Şagirdlərin peşə təhsilinə marağını artırmaq üçün müxtəlif layihələr hazırlansa da, onun müsbət nəticələri, demək olar ki, yoxdur. Əsas problemlərdən biri təhsilin yaralı yeri olan illik ödəniş haqlarıdır.

Yenixeber.org: Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytına əsasən, 2020-2021-ci qəbul ilində təhsil ödənişləri 400-1000 manat aralığında dəyişir. Məsələn, cari ildə peşə məktəbində bərbər təhsili almaq istəyən şəxs 6 ay ərzində 400 manat pul ödəməlidir. Təqaüdlər isə şagirdin göstəricilərindən aslı olaraq, 50, 60 və 75 manat müəyyən olunub.

Amma 400 manat ödəmədən də bərbər sənətinə yiyələnmək mümkündür. Paytaxtda yerləşən bir neçə bərbərxənaya baş çəkib bu peşəni öyrənmək üçün nə qədər ödəniş etməli olduğumuzu soruşduq.

6 ildir Bakıda bərbər işləyən Tofiq Qasımov bildirdi ki, bərbərxananın təmizlik işini görmək qarşılığında bu peşəni bizə təmənnasız öyrədə bilər: “Mən özüm də bu sənəti ustamın yanında öyrənmişəm. Bir çox gəncə 3-4 ay müddətində bərbərlik sənətini pulsuz öyrətmişəm”.

Beləliklə, təhsil ödənişi baha olduğundan bu gün bir çox gənc peşə təhsilini təcrübəli sənət adamlarının yanında almağa üstünlük verir, nəinki peşə məktəblərində.

 

 

Paytaxt sakini Murad Quliyev bildirib ki, oxuduğu məktəbdə çox az şagird peşə təhsilinə maraq göstərir: “Bizim sinifdə 28 şagirddən heç biri peşə məktəbində təhsil almaq istəmir. Həmçinin tanıdıqlarımdan çox az insan peşə təhsili alır”.

Sahil Əliyev qeyd edir ki, uğurlu karyera qurmaq istəyən mütləq ali təhsil almalıdır: ”Düşünürəm ki, universitet təhsili almaq gələcək üçün daha uğurlu addım olar. Peşə təhsili alan heç bir tanışım yoxdur. Adətən, şagirdlər universitetə hazırlanır və ya kollecdə təhsilini davam etdirirlər. Açığı, peşə məktəbləri haqqında çox məlumatım yoxdur”.

Rəsul Hüseynov isə bildirir ki, məktəblərdə peşə təhsili haqqında maarifləndirmə aparılmır: “Gənclərin əksəriyyəti 9-cu sinfi bitirdikdən sonra ali təhsil haqqında fikirləşirlər. Hesab edirəm ki, bu təhsilə marağın az olmasının əsas səbəbi peşə məktəbləri haqqında yetəri qədər məlumatın verilməməsidir”.

Təhsil Naziri Emin Əmrullayev bu yaxınlarda medyaya açıqlamasında bildirib ki, son dövrlərdə peşə təhsilinə maraq artıb. Onun sözlərinə görə, peşə təhsili almaq üçün sənəd verənlərin sayında 30, qəbul olanların sayında isə 12 faiz artım müşahidə olunub. Nazir qeyd edib ki, hazırda peşə təhsili alan şagirdlərin sayı 26 min 600 nəfərdir.

 

 

Nəzərə alsaq ki, peşə təhsili 6 ay - 3 il aralığında dəyişir, deməli, 26 min 600 nəfərin arasında əvvəlki illərdə qəbul olan tələbələr də var. Onların sayını çıxdıqda il ərzində təxminən 17-18 min tələbənin peşə məktəblərinə qəbul olduğu aydın olur.

Xatırladaq ki, ali təhsil müəssisələrinə bir ildə 80 minə yaxın vətəndaş müraciət edir. Onun təxminən beşdə biri peşə təhsili almağa yönəlir.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda əmək bazarında peşə sahiblərinə böyük ehtiyac var, amma təəssüf ki, orta məktəbi bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçırlar: “Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün yalnız təhsil verənlərin deyil, işəgötürənlərin də marağını artırmaq lazımdır. Məsələn, Norveçdə dövlət hansısa quruma tender əsasında sifariş verirsə, şərt olaraq işçilərin 7-15 faizinin peşə təhsilinin olmasını tələb edir. Bu şərtə əməl etməyənlər isə layihədə iştirak edə bilmirlər. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin cüzi bir faizini peşə təhsili fonduna yönəldir. Belə stimullaşdırma mexanizmləri olandan sonra ixtisaslı işçilərə də tələbat artır”.

 

 

Ekspert qeyd edib ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün uğurlu gələcəyin başlanğıcı hesab olunur. Bu, əslində yalnış yanaşmadır: “Məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar, görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə vaxt itkisidir. Onlar ali təhsil almadan da uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu ola bilərlər. Çünki ali təhsil almış şəxslərin hamısı təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüf ki, məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Düşünürəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir”.

K.Əsədov bildirir ki, ölkədə 100-ə yaxın peşə təhsili müəssisəsi fəaliyyət göstərsə də, hazırlanan ixtisaslı kadrlar azlıq təşkil edir: “Hazırda əmək bazarında yeni ixtisaslı kadrlara böyük ehtiyac var. Ona görə də bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda böyük ehtiyac var. Hesab edirəm ki, atılan bu addımlar gənclərin peşə təhsilinə marağını artıracaq”.

 

 

Millət vəkili, təhsil eksperti Etibar Əliyev isə bildirib ki, təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri də peşə təhsilidir: “Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən yoxlanılmalıdır. Təklif edirəm ki, dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilməli, mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılmalı, torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılmalı, yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılmalı, peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq təmin edilməli, peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi müəyyənləşdirilməli, əkilən torpaqların istifadəsinin qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilməlidir. Həmçinin kadrların təyinat meyarları üzrə ixtisas uyğunluğu yoxlanılmalı, bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilməli, son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi müəyyənləşdirilməlidir”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam