Redaktor seçimi
Günün xəbəri

Britaniyada ABŞ-nin ardınca ÜST-dən çıxmağa çağırış edilib

 

"İrs" partiyasının lideri Devid Kerten Böyük Britaniya hökumətini ABŞ-nin ardınca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa çağırıb.

Yenixeber.org xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Tramp ABŞ-nin ÜST-dən çıxması barədə fərman imzalayıb. Ölkəmiz də eyni addımı atmalıdır", - D.Kerten bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.

Daha əvvəl “Financial Times” qəzeti yazıb ki, ABŞ ÜST-dən çıxdığı təqdirdə, təşkilat maliyyələşmənin böyük hissəsini itirə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam