Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Cəlilabadda Neolit dövrünə aid nadir ov alətləri tapıldı -FOTOLAR

Cəlilabadda Neolit dövrünə aid nadir ov alətləri tapılıb - FOTO
Cəlilabad rayonu ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan növbəti arxeoloji qazıntılar zamanı bir sıra əhəmiyyətli tapıntılar üzə çıxarılıb.
Yenixeber.org: Arxeoloji ekspedisiya zamanı əldə edilən tapıntılar ərazinin qədim dövrlərdə həm yaşayış məskəni, həm də təsərrüfat və dini mərkəz kimi fəaliyyət göstərdiyini sübut edir.
Qazıntılar zamanı aşkarlanan artefaktlar arasında gildən hazırlanmış və yumurta formasında olan 150-160 ədəd sapand daşı da var. Mütəxəssislərin fikrincə, bu daşlar Neolit dövründə ov və müdafiə məqsədilə istifadə olunub və Azərbaycan arxeologiyası üçün nadir tapıntılardır.
Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, Paşatəpədə aşkarlanan sapand daşlarının bir neçəsi hələ də öz ilkin yerləşdiyi yerdə qalıb. Onun sözlərinə görə, bu daşlar həmin dövrdə insanların fəaliyyətinin izlərini araşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir: “Daşların əksəriyyəti səliqə ilə hazırlanmış və oxşar ölçülərdədir. Bu da göstərir ki, qədim insanlar bu alətləri məqsədli şəkildə istehsal ediblər. Bundan başqa, qazıntılar zamanı 5 ədəd təsərrüfat quyusu və erkən əkinçi tayfalara məxsus bir kult məkanı da aşkar olunub. Həmin kult yerinin bədii zövqlə və simvolik elementlərlə qurulduğu aydın görünür”, – deyə arxeoloq qeyd edib.
Bundan əlavə, tədqiqatlar nəticəsində qədim silah anbarı, saxsı məmulatların qurudulması üçün istifadə olunmuş tumba, eləcə də müxtəlif ölçü və formalarda divar qalıqları aşkarlanıb. Tapılan artefaktlar arasında bəzi qiymətli əşyaların funksiyası hələlik müəyyən edilməyib və hazırda onlar üzərində elmi ekspertizalar aparılır.
Paşatəpədə aparılan bu arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsində mühüm mərhələ hesab olunur. Aşkarlanan materiallar Neolit dövrünün sosial-mədəni həyat tərzini, istehsalat vərdişlərini və inanclar sistemini daha dərindən anlamağa imkan verir.(Azertac)
Bakupost.azBakupost.azBakupost.azBakupost.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam