Lənkəran rayonu Gərmətük qəsəbəsində qanunsuz tikintiyə hansı məmur himaya edir?
Yenixeber.org: Lənkəran rayonu Gərmətük qəsəbəsində qanunsuz tikinti faktı aşkarlanıb. Yerli sakinlərin narahatlığına səbəb olan bu tikinti işlərinin hansı əsasla aparıldığı və kim tərəfindən himayə olunduğu hələlik məlum deyil.
Bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Lənkəran rayon icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı “əsasında aparıldığı iddia olunur.
Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağına və ictimayyətə açıqlama verilməsinə inanırıq. İctimaiyyət bu hadisənin tezliklə aydınlaşdırılmasını və qanunun aliliyinin təmin olunmasını gözləyir.
Məsələ ilə bağlı Lənkəran rayon icra hakimiyyətinə rəsmi sorğu verilsədə heç bir cavab verilmədi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, 2012-ci ildən Lənkəran rayon icra hakimiyyətinini başçısı Taleh Qaraşovdur.
Qurumların mövqeyini dərc etməyə hazırıq.(fim.az)