Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları -uğursuz cəhdin tarixçəsi...

Rusiya ilə Azərbaycan arasında görünməmiş gərginliyin informasiya sunamisi fonunda iki məqam diqqət çəkdi.
Yenixeber.org: Birincisi, Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) i Araz Ağalarov barəsində icraata başlaması idi. Bu xəbər ilk baxışda texniki məhkəmə proseduru təsiri bağışlaya bilər. Amma bu “kartoteka” sənədlərinin arxasında çox daha böyük oyunlar gizlənir. Xüsusilə də, indiki mürəkkəb siyasi kontekstdə.
Belə ki, formal səbəb borc mübahisəsi kimi təqdim edilsə də, prosesin zamanlaması və Kremlin son davranışları göstərir ki, məsələ təkcə maliyyə ilə məhdudlaşmır. Araz Ağalarov təkcə 1,7 milyard dollarlıq sərvəti olan “Crocus Group” imperiyasının sahibi, Rusiyanın ən böyük tikinti, əmlak və infrastruktur baronlarından biri deyil. O həm də Azərbaycana bağlılığı ilə tanınan, köklərinə, kimliyinə, Azərbaycan dövlətinə və xalqına hər zaman açıq dəstək nümayiş etdirən azərbaycanlı milyarderdir. Bu illər ərzində Ağalarovların adı yalnız kommersiya layihələrində deyil, Azərbaycanın haqq işinin müdafiəsində, Qarabağ münaqişəsi dövründə Bakıya siyasi-mənəvi -maddi dəstək cəbhəsində də ön sıralarda olub. Araz Ağalarovun oğlu — Emin Ağalarov bu bağlılığın daha canlı simvoludur. Başqa sözlə, Ağalarovlara qarşı addım Azərbaycana verilən mesajdır.
İkinci xəbər də azərbaycanlı milyarderlərlə bağlıdır. Söhbət "Putinin dostu" kimi tanınan İlham Rəhimovdan gedir. Demək Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporasının Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınski vəhşicəsinə saxlanılır və qısa müddət sonra azadlığa buraxılan həmyerlimiz belə bir açıqlama verir: "Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu". Hadisə mahiyyət etibarı ilə Azərbaycana qarşı növbəti informasiya diversiyasıdır. Araz Ağalarova qarşı qondarma hüquqi təzyiq fonunda İlham Rəhimovun xilaskar və alicənab obrazının yaradılması başqa hansı məqsədə xidmət edə bilər? Belə çıxır ki, guya məhz bu şəxsdən Rusiyada yaşayan azərbaycanlıların taleyi asılıdır və o bu məsələdə Azərbaycan prezidentindən də qüdrətlidir. Bu Rusiya xüsusi xidmət orqanlarının laboratoriyalarında hazırlanmış siyasi texnolagiyadır.
Rusiyada azərbaycanlılara qarşı diskriminasiya siyasətinin başında kim dayanıb? Əlbəttə, Vladimir Putin! Bəs onun dostu və silahdaşı azərbaycanlıları necə xilas edə bilər??? Necə ola bilər ki, Kreml bu boyda dövlətlə gərginlin azalması üçün xırda bir addım belə atmır, amma cənab Rəhimovun sözü ilə xüsusi əməliyyatla həbs olunan həmyerlimiz azadlığa çıxır? Bunun da alt yapısı kimi Azərbaycan mediası İlham Rəhimovun xilaskar obrazını Azərbaycan cəmiyyətinə sırıyır. Belə yerdə məşhur tamaşadakı sual lap yerinə düşər: Axı sən kimsən, İlham Rəhimov?!
2016-cı illərin sonunda İlham Rəhimov birdən birə Azərbaycan mətbuatına maraq göstərməyə başladı. Ölkənin ən tanımış qəzetlərinə maliyyə ayıran Putinin dostu eyni zamanda bir neçə sayt açaraq onları maliyyələşdirməyə başladı. Diqqət etmisinizsə, son illərdə İlham Rəhimovun ölkə mətbuatındakı təbliğatı aşağıdakı təqdimatlarla aparılır:
– Uğurlu elm adamı;
– Vətənpərvər siyasətçi;
– Xeyriyyəçi;
– Bacarıqlı iş adamı;
– superdövlətin məğlubolunmaz liderinin dostu.
Ona da diqqət yetirilməlidir ki, İlham Rəhimov son bir ildə mətbuat səhifələrində, gah yeni çapdan çıxmış monoqrafiyası ilə bağlı uzun-uzadı müsahibə verir, elmi nailiyyətlərindən söz açır, gah vətənpərvər, ölkəsinin çıxarlarını düşünən, Dağlıq Qarabağ problemi ilə yaşayan və bu mövzuda heç bir güzəşt tanımayan ziyalı, siyasətçi kimi təqdim olunur, gah reklama ehtiyacı olmayan xeyriyyəçi kimi cəmiyyətə sırınır, gah da bacarıqlı iş adamı və Putinin dostu kimi gözə soxulur. İnsafən bütün bu təqdimatların hamısında müəyyən qədər həqiqət payı var. Lakin antiAzərbaycan layihəsi olan məşhur və məşum "Milyaderlər İttifaqı”nın üzvü olmuş adamlarla yaxınlığı barədə bir kəlmə də yazılmır. Xocalı soyqırımında ermənilərlə bərabər Rusiya hərbçilərinin də məsuliyyət daşıdığı "vətənpərvər siyasətçi”nin, hüquq professorunun dilindən bircə dəfə də olsun eşidilməyib. Ümumiyyətlə, onun heç bir müsahibəsinde Qarabağ münaqişəsinin yaranmasında və illərlə həllinin dalana dirənməsində Rusiyanın oynadığı mənfi rol barədə heç nə eşitməzsiniz. Əksinə, Rusiya tərəfindən əleyhimizə bir addım atılarsa, bizi günahkar bilər. Habu ki, Dağlıq Qarabağdakı qondarma rejimi illərlə erməni diasporunun maliyyəsi saxladığı hər kəsə bəllidir. Yaxşı, İlham Rəhimov Kremlin yanında otel tikir, amma Azərbaycanda doğulduğu kənddə yağış yağanda palçıq dizə çıxır. Heç olmasa öz kəndindən rayon mərkəzinə bir yol çəksin. Öz kəndində uşaqların palçığın içərisində məktəbə gedib-gəlməməsi üçün kəndarası yolları çəksin. Ümumiyyətlə bu şəxsin özünü təbliğdən başqa Azərbaycana 1 manat sərmayə qoyması yox. Yeri gəlmişkən, bəlkə Ağalarovların Kremlin qəzəbinə tuş gəlməsi həm də bu fərqlə bağlıdır?
İlham Rəhimovun son təbliğatı təkcə "xilaskarlıq" missiyası yox, həm də özünü siyasi meydanda yenidən xatırlatma cəhdi kimi qiymətləndirilə bilər. Professor həm Moskvaya, həm də Bakıya göstərmək istəyir ki, hələ də “oyunun içindəyəm”. Hələ də təsirli, nüfuzluyam. Hələ də Putinlə eyni süfrə arxasında otura, onunla “işgüzar səhər yeməyi” yeyə bilərəm.
Bəlkə də bu proses sadəcə Kremlin narazı azərbaycanlıları sakitləşdirmək üçün seçdiyi taktiki bir gedişdir – sanki “baxın, sizin də səsiniz eşidilir, sizin də təmsilçiniz var” görüntüsü yaratmaq üçün.Əgər Rəhimovun doğrudan da nüfuzu və iradəsi varsa və baş verənlərdə səmimidirsə – niyə o, dostu "Rusiya kralına" zəng etmir? Niyə Kremlin repressiv maşınına qarşı açıq mövqe göstərmir? Edə bilməz. Çünki kuklalar yalnız onların sahibinin istəyini icra edə bilir.
AnXeber.az