Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Öz ayağına balta vuranlar... -əhalisi azalan Rusiya “yadelli”lərə möhtacdır

Realist olmaq, hissə qapılmamaq, situasiyanı, gerçəklikləri düzgün qiymətləndirmək lazımdır: postsovet ölkələrindən olan miqrantların Rusiyaya nə qədər ehtiyacı varsa, Rusiyanın da onlara ehtiyacı var.

Yenixeber.org: Gerçəklik budur ki, Rusiya əhalisi qocalır və azalır, ölüm halları doğumu üstələyib. Bunun qarşısını almaq üçün ölkənin qarışıq qanlı yeni vətəndaşlara ehtiyacı var.

O gün tanınmış jurnalist Maksim Şevçenko da hansısa internet kanalına müsahibəsində bu barədə danışdı, dedi ki, rus dövlətçiliyinin mətəsi olan Vladimir vilayətində rus əhalinin nəslinin kəsilməsi tendensiyası müşahidə olunur.

Alimlər buna “demoqrafik böhran” deyirlər. Rusiya əhalisinin çoxalma sürətinin azalması faktdır və bu, artıq danılmaz hala gəlib. Dövlət rus əhalinin artımını, doğum hallarını nə qədər stimullaşdırsa da, umulan nəticəni əldə etmək mümkün olmur.

çayld.jpg (81 KB)

Müasir rus gəncliyi, yəni potensial törədici kişilər və ana olası qadınlar öz həyatlarını yaşamaq, gəncliklərini özlərinə həsr etmək, valideyn qayğısı çəkmədikləri kimi, övlad qayğısı da çəkmək istəmədiklərini göstərirlər.

Bu tendensiyanın beynəlxalq adı “çayldfri”dir, yəni uşaqsız, sərbəst həyat. Ancaq bütün gənclər, hətta onların yarısı bu təmayülə uyanda ölkədə demoqrafik böhran yaranır, qocalıqdan, xəstəliklərdən, qəzalarda, qəsdlərdə, müharibələrdə ölənlər artır, onların yerini tutmalı olan yeni nəsil isə dünyaya gəlmir.

Bu, Avropa ölkələrinin də ümumi bəlasıdır. İnkişaf etmiş ölkələrdə gənc insanlar öz komfortlarına daha düşkündür, inkişaf etməkdə olan ölkələrdə isə nəsilartırma həvəsi və qabiliyyəti daha yüksəkdir.
Bu baxımdan Rusiyanın həm qarışıq nikahlara, həm də postsovet ölkələrdən gələn və Rusiya vətəndaşlığı alan ailələrin doğub-törəmə potensialına ehtiyacı var.

Aydın məsələdir ki, beynəlmiləl ailələrin və ya miqrantların dünyaya gətirdiyi övladların çoxu uşaq bağçasından və ya orta məktəbdən məzun olana qədər rus tərbiyəsi görəcək, rus təhsili alacaq, istər-istəməz rusdilli olacaq, Rusiya dövlətinin təbəələrinə çevriləcəkl, assimilyasiya olunacaqlar. Sovet dövründə müttəfiq respublikalardan Rusiyaya, xüsusilə də Sibirdəki şəhərlərdə işləməyə gedən və rus qadınlarla ailə quran milyonlarla insanın ailəsində doğulan bir neçə milyon metisin 90 faizi hazırda özünü rus sayır.

Ancaq bir sıra siyasi dairələrdə, ultra-patriot camiələrdə bunu rus millətinin gələcəyi üçün təhlükə hesab edənlər var. Hətta son aylarda din xadimləri də antii-miqrasiya kampaniyasına qoşulublar və rus qadınların “yadelli” müsəlman kişilərlə ailə qurmasını “haram buyruublar”.

maks.jpg (116 KB)

Bu, baltanı öz ayağına vurmaq kimi bir şeydir. Hüdudsuz Rusiya ərazilərini məskunlaşdırmaq, yeni işçi qüvvəsi, orduya əsgər əldə etmək üçün gənc əhaliyə ehtiyac var, ancaq həm siyasi, həm ictimai, həm də dini camiələr millətin sabahını düşünmürlər.

Söz yox, Rusiya zəngin sərvətə, intəhasiz torpaqlara malik ölkədir, hətta bir neçə milyard insanı dolandırmağa, barındırmağa qadirdir. Amma o torpaqlar boş qalandan, tərk ediləndən sonra bu genişlik və bol sərvət kimə, nəyə lazımdır?

Ərazisi ölkəmizdən böyük olan Kostroma vilayətində yaşayanların sayı 100 mini keçmir. Kəndlər yox olub, qəsəbələrdə yaşayanların sayı azalıb, kiçik şəhərlərin əhalisi böyük şəhərlərə köçüb, min kvadrat kilometrlərlə ərazidə ins-cins yoxdur. Üzü şərqə doğru bütün vilayətlər və diyarlar o vəziyyətdədir.

SSRİ-də, xüsusən də ölkənin Avropaya mənsub olan hissəsində doğum səviyyəsi ilk dəfə 1967-ci ildə əhalinin çoxalma səviyyəsindən (bir qadına 2,1 doğum) aşağı düşüb. 1992-ci ildən isə Rusiyanın bütün ərazisində ölüm səviyyəsi doğumu üstələyib.

Mütəxəssislər Rusiyada doğum nisbətinin kəskin azalmasını 1998-ci ildə baş verən devalvasiyadan sonra baş verdiyini iddia edirlər. Hesab olunur ki, demoqrafik böhranın əsas səbəbi əhalinin gəlirlərinin azalması olub, yeni ailə qurmuş şəxslər dünyaya gətirəcəkləri körpələri təmin edə bilməyəcəklərini düşünüb və valideyn olmaqdan imtina ediblər.

Gerçəkdən də həmin illərdə Rusiyada əhalinin təbii azalması 900 min civarında olub. 2002-ci il siyahıyaalınmasına əsasən, Rusiya əhalisi 1989-cu ildən 2002-ci ilə qədər 1,8 milyon (1,3%) azalıb. Orta ömür uzunluğu 61,4 il olan rus kişiləri arasında ölüm xüsusilə yüksək olub. Bu məsələdə sərt iqlim şəraitinin diktəsi ilə alkoqolizmə kütləvi meyllənmə amilinin rolu danılmazdır.

2001-ci ildən sonra da əhalinin təbii azalması davamlı olub. 2004-cü ildən sonra Rusiyaya miqrasiyada davamlı artım başladəğı üçün azalma yavaşıyıb və 2009-cu ildə Rusiya vətəndaşlığını qəbul etmiş miqrantların sayı 247 minə çatıb. Yəni Rusiyada əhalinin təbii azalması (362 min) 97% miqrasiya artımı (351,7 min) hesabına kompensasiya olunub, nəticədə əhalinin azalması praktiki olaraq dayanıb.
Bir neçə il əhalinin sayı sabir qalıb, hətta bəzi illərdə (2011-2012) artım qeydə alınıb.

2014-cü ilin sonunda Rusiyada başlayan iqtisadi böhran demoqrafik böhranın yeni dalğasına səbəb olub. 2014-2015-ci illərdə Rusiyada ölənlərin sayı artmağa başlayıb, doğulanların sayı isə azalıb.

Ancaq fakt budur ki, SSRİ dönəmində də əhalinin rifahı Avropa standartlarından çox geri qalsa da, gənc ailələr doğub-törəmə işinə barmaqarası baxmırdılar. Dövlət bu sahəni nəzarətdə saxlayır və stimullaşdırıdı. Çoxuşaqlı analara “Qəhrəman ana” adı-medalı verilirdi, 5-dən çox övladı olan qadınlar 50 yaşlarında təqaüdə çıxırdılar və s.

maqrus.jpg (52 KB) 

Bu gün o Rusiyanın ucsuz-bucaqszı ərazilərində yaşayanların çoxu məhz sovet dövründə oralara yerləşənlərin özləri və züryətləridir. Hazırda Rusiyada onları xor görür, hamısını “mütəşəkkil cinayətlar qruplaşma”nın üzvləri sayırlar.

Söz yox, 40, 30, 20 il öncədən Rusiya vətəndaşlığı almış insanların içində hər cür adam var, amma heç də hamısı mafiya üzvü deyillər. 3-5 (min) banditə görə yüz minlərlə adama qara yaxmaq, onları “düşmən” elan etmək yolverilməzdir.

Ancaq rusiyalı siyasətçilər və hüquq-mühafizə orqanlarının rəhbərləri həmişəki kimi araşdırma aparmadan, incəliklərə varmadan, sərxoş beyinlə qəti nəticələr çıxarırlar və “bütün yadellilərlə haqq-hesab çəkmək lazımdır” kimi olduqca yanlış və mürtəce bir qənaətə gəlirlər.

meqrus.jpg (226 KB)

Rusiya indən belə miqrant qəbul etməsə və ərazisində olan miqrantları da qovsa, ölkənin inkişafı tamamilə dayanacaq. İnşaat sektorunda kim işləyəcək? Riskli ticarət sektoru kimi ümidinə qalacaq? Uşaqsız və tək övladı (onun da yarıdan çoxu qız) olan ailələr geniş şəxsi heyət tələb edən ordunu əsgərlə necə təmin edəcəklər?

Göründüyü kimi, Rusiyanın mürtəce anti-miqrasiya siyasəti iflasa məhkumdur. Rusiyalı siyasilərin bir qismi bunu indidən anlayır, ona görə də Mərkəz Asiya ölkələrindən (Hindistan, Banqladeş, Pakistan, Əfqanıstan, Nepal və s.) əmək miqrantları cəlb etməyə çalışırlar. Amma onlar heç vəchlə postsovet ölkələrindən olan miqrantları əvəz edə bilmirlər.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam