Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... -Gör, kim xalq artisti olub?

Röyanın səhnədə əlini arxasına vurması sosial mediada sürətlə yayıldı, gündəm oldu. Bəziləri güldü, bəziləri də 3 dəfə başını bulayıb "səni xəcalət çəkəsən" dedi. Bəziləri isə "Gör, kim xalq artisti olub?", deyə, tənqid etdi.

Yenixeber.org: Xalq artistinin bu hərəkəti nə qədər normaldır? Sənətçi açıq-saçıq, dekolte də geyinə bilər, lakin istənilən halda onun bir elitarlığı olmaldır. Sənətçi müəyyən bir səviyyəyə sahib deyilsə, nə qədər ciddi sənətkarlığı olsa da, yenə də ona hörmət qoyulmur. Hər hərəkəti gözə batır, lağlağı mövzusu olur. Röya bu hərəkətlə tamaşaçının ucuz reaksiyasına oynadı. Bəlkə də, öz aləmində insanları əyləndirmək istədi, lakin əyləndirməklə ucuzlaşmaq arasında bir sərhəd var.
Tamaşaçıların reaksiyasını görəndə isə tam əmin oldum ki, Röya öz auditoriyasına uyğun hərəkət edib. Onun səhnədəki hərəkətinə insanlar gülür, şən reaksiya verir. Əslində, onun indiyə qədərki hərəkətlərinə baxanda bu, heç də təəccüblü gəlmir. Vaxtilə danışığı, canlı yayımda dedikləri, hərəkətləri ilə gündəmə gələn Röyanın bu davranışı olduqca normaldır. Ucuz kafe müğənniliyindən başlayıb buralara gələndə nəticə də elə bu cür olmalı idi.
Əgər yeni tanınmağa başlayan bir müğənni olsa, deyərəm ki, məşhurluq üçün edir. Lakin ölkədən ən çox tanınan 5 müğənni varsa, onun biri Röyadır. Röya bunu qətiyyən məşhurluq, viral olmaq üçün etmirdi. O hərəkət tamamilə Röyanın xarakterindən, şəxsiyyətindən gələn bir şey idi.
Buna bənzər hərəkətləri başqaları da edir, amma bunu edən bir xalq artistidirsə, münasibət dəyişir. Bunu başqası etsə, deyərlər ki, filan müğənni səhnədə "arxasına vurdu", amma Röya edəndə dedilər ki, "Xalq artisti səhnədə arxasına vurdu". Bu ifadələrin özü o adın, titulun ciddi rol oynadığını göstərir. Röya isə təəssüf ki, həm o addan, həm də onu daşıyanların bir çoxundan aşağı pillələrdə dayanır...(show.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam