Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kremldə itmiş məntiq:şovinist siyasət Rusiyanı uçuruma aparır

Sabiq nazir: “Bu cinayəti törədənlərin, sifariş edən dairələrin ifşa olunması təkcə Azərbaycan üçün yox, Rusiyanın özü üçün də lazımdır”

Yenixeber.org: Bu günlərdə Rusiya növbəti dəfə dövlət səviyyəsində Azərbaycana qarşı təxribat və cinayət törədib. İyunun 28-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Rusiya tərəfi iddia edir ki, bu əməliyyat 2001-ci ildə Yunis Paşayevin üstü açılmamış qətli ilə bağlıdır. Saxlanılan şəxslər paşayevin öldürülməsi hadisəsində şübhəli bilinirlər. Amma FTX əməkdaşlarının saxlamanı həyata keçirərkən zorakı üsullara əl atması, vəhşiliklər törətməsi məsələnin heç də Paşayev cinayəti ilə əlaqəli olmadığını göstərir. Belə ehtimallar var ki, Rusiya tərəfi bununla Azərbaycana mesaj verir.

Rəsmi Bakının məsələyə yanaşması da bunu deməyə əsas yaradır. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb və FTX-nın bu addımı sərt şəkildə qınanıb. Eyni zamanda, rəsmi Bakı Moskvadan hadisənin araşdırılmasını, soydaşlarımıza qarşı cinayət törədənlərin cəzalandırılmasını tələb edib. Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

50-dən çox Azərbaycan vətəndaşının saxlanılmasından sonra Bakı və Moskva arasında münasibətlər daha da kəskinləşib. Azərbaycan hakimiyyəti Rusiyanı açıq şəkildə tənqid edir və tədbirlər görülməsini istəyir. Eyni zamanda, Azərbaycan tərəfindən cavab addımlarının atıldığı görünür. Məsələn, bazar ertəsi günortadan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları “Sputnik Azərbaycan” təbliğat agentliyində gizli işləyən iki Rusiya FTX-nin agentinin saxlanıldığını elan edib. Sonradan məlum olub ki, saxlanılan şəxslər “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousovdur.

Rusiya isə rəsmi Bakının tələblərini AZAL-ın təyyarə qəzasında olduğu kimi, bu dəfə də tələbləri yerinə yetirmək niyyətində olmadığını nümayiş etdirir. Saxlanılan azərbaycanlıları “cinayətkar” adlandırmaqla yanaşı, öldürülən soydaşlarımızın zorakılıqla deyil “xəstəlik səbəbindən” ölməsi barədə həyasız iddia irəli sürür. Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova absurd açıqlama verərək, “Rusiyanın Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu” deyir.

Baş verənlərlə bağlı AYNA.AZ-ın suallarını cavablandıran sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, Yekaternburqda baş verənlər sıradan hadisə deyil, cinayətdir:

- Elə Rusiyanın özünün də qanunları burada kobud şəkildə pozulub. Dövlətin hüquq-mühafizə orqanı şəxsi saxlayarkən zorakılıq törədib, öldürülənlər olub ki, bu, dövləti cinayət sayılmalıdır. Rusiya polisi şübhəli bildiyi şəxsləri saxlayır və açıqlama verir ki, bu şəxslər guya cinayət törədiblər. Axı bir insanın cinayət törədib-törətməməsi məhkəmədə sübut olunmalıdır.

Hesab edirəm ki, Azərbaycanın dövlət səviyyəsində məsələyə yanaşması, həssas münasibəti vacib idi ki, bu vacib addımlar atıldı, atılmaqdadır. Eyni zamanda, cəmiyyət Rusiyanın dövlət səviyyəsində törətdiyi bu cinayətə qəti şəkildə etiraz edir. İstər Rusiya vətəndaşı olsun, istərsə də Azərbaycan vətəndaşı olsun, soydaşlarımıza qarşı belə rəftar qəbuledilməzdir.

Əminəm ki, Rusiyada digər millətlərin nümayəndələri də belə təzyiqlərə, təhqirlərə məruz qalırlar. Bu yaxınlarda özbək miqrantlara qarşı da belə alçaldıcı addımlar atılmışdı. Eyni zamanda, taciklər belə təzyiqlərlə mütəmadi olaraq qarşılaşırlar. Rusiya tərəfinin bu cür yanaşması, belə şovinist siyasəti qəbuledilməzdir. Əminəm ki, bu cinayətin üstü açılacaq və cinayəti törədənlər, sifariş edən dairələr və qüvvələr aşkar olunacaq.

- Azərbaycanlılara qarşı cinayət törədənlərin aşkara çıxarılması və cəzalandırılacağı nə dərəcədə inandırıcıdır?

- Bilirsiniz, bu cinayəti törədənlərin, sifariş edən dairələrin ifşa olunması təkcə Azərbaycan üçün yox, Rusiyanın özü üçün də lazımdır. Çünki azərbaycanlıları, digər millətləri ikinci növ insan kimi görənlər, şovinistlər belə cinayətləri digər millətlərin nümayəndələrinə qarşı da tətbiq edəcəklər. Belə zorakılıqlar, ölüm hadisəsi ilə nəticələnən cinayətlər, Rusiyada yaşayan digər xalqların nümayəndələrinin alçaldılması faktiki olaraq, təbliğ olunur. Təsəvvür edin ki, dövlət məmurunun, hüquq-mühafizə orqanları əməkdaşlarının törətdiyi cinayətə Rusiya mediasında haqq qazandıranlar var. Yəni dövlətin cinayətini haqlı sayanlar var. Bu, sonu yaxşı olmayacaq vəziyyətdir. İndi Rusiyada kifayət qədər yüksək vəzifədə olan, yüksək postlar tutan insanlar var ki, absurd bəyanatlarla çıxış edirlər, şovinist açıqlamalar verirlər. Sanki onlar başa düşmürlər ki, bu cür hadisələr Rusiyanın dağılmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu ölkə çoxmillətlidir və müxtəlif xalqların nümayəndələri çoxluq təşkil edir. Əgər Rusiya elitası bu siyasi məntiqlə getsə, insanları birinci, ikinci, üçüncü növlərə böləcəklər. Bu isə Rusiyanın özünə böyük zərbə vuracaq. Orta Asiya ölkələrindən olan insanların Rusiyada hansı formada alçaldıldıqlarını görürük. Rusiya televiziyalarında bu şovinist yanaşma, cinayətlərin törədilməsi təbliğ olunur. Rusiyanın başbilənləri bu hadisələri ciddiyə almalıdırlar və belə məsələlərə son qoymalıdırlar.

- Amma əksinə, dediyiniz kimi, belə hadisələr təbliğ olunur və bu da onu göstərir ki, Moskva dayanmaq niyyətində deyil...

- Dayanmasalar, bu siyasətə son qoymasalar özlərinə zərər vermiş olacaqlar. Belə bir təəssürat yaranıb ki, Rusiya hakimiyyəti daxilindəki müxtəlif qanadlar bir-biri ilə mübarizə aparırlar. Hətta belə bir ehtimal artır ki, Rusiya vahid mərkəzdən idarə olunmur, müxtəlif siyasi mərkəzlər tərəfindən idarə edilir. Həmin mərkəzlər də bir-biri ilə rəqabətdədirlər. Aydındır ki, bu ölkə çox ciddi siyasi böhran qarşısındadır. Belə hadisələr göstərir ki, bunun qarşısı alınmasa, Rusiyada siyasi böhran daha da dərinləşəcək və ölkə dağılacaq. Vaxtilə bu cür hadisələr SSRİ dağılandan qabaq baş verirdi. Millətlərarası münasibətlərin kəskinləşməsi, ziddiyyətlərin böyüməsi, siyasi böhranın dərinləşməsi SSRİ-ni dağıtdı. Sovet İttifaqını millətlərarası münasibətlərin kəskinləşməsi dağıtmışdı. İndi biz görürük ki, Rusiyadakı müxtəlif mərkəzlər eyni halın təkrarının yaşanması üçün əllərindən gələni etməkdədirlər. Təəssüf ki, bizim soydaşlarımız belə cinayətlərin qurbanı olublar. Bu, əlbəttə, Azərbaycanla münasibətlərin pisləşməsinə səbəbdir, necə ki, biz bunu indi görürük. Azərbaycan tərəfinin rəsmi şəkildə atdığı addımlar, Rusiyaya cavabı gecikmədi. Bu addımlar atılmalıdır ki, Rusiyadakı dairələr təhqirə cavab veriləcəyini anlasınlar.

- Rusiyadakı hakim dairələrin bu addımları öz oturduqları budağı kəsməyə bənzəyir. Bəs bu siyasətdə məntiq haradadır?

- Ümumiyyətlər, Rusiyanın son dövrlərdəki həm daxili, həm də xarici siyasətində məntiq görünmür və məntiq axtarmaq çətindir. Rusiyanın Azərbaycanla yaxşı münasibətləri mövcuddur. Həm siyasi, həm iqtisadi əlaqələr inkişaf edir. Hər halda, rəsmilərin bəyanatları və rəsmi rəqəmlər bunu deyir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən bəyan etdi ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. O zaman Azərbaycana qarşı bu cür təxribat törətmək nəyə lazımdır? Bu təxribat kimin xeyrinədir? Təsəvvür edin ki, 2001-ci ildə baş vermiş hansısa hadisəni səbəb kimi gətirirsən, evlərə basqın edirsən, iki nəfəri öldürürsən, digər 50 nəfərə yaxın insanı zorakı yolla saxlayırsan, vəhşiliklər törədirsən və s. Deməli Rusiya daxilində hansısa qüvvələr var ki, bu münasibətlərin inkişafında maraqlı deyil. Bundan belə məntiq ortaya çıxır ki, həmin dairələr öz ölkələrini dağıtmaq istəyirlər və bu siyasəti aparırlar. Bu onların öz işləridir, özləri bilərlər. Amma bizim soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan dövləti lazimi addımları atıb, bundan sonra da atacaq.

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam