Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri" atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir

 

İnsanlara daş, “Molotov kokteylləri" atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.

“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexniki vasitələrdən istifadə edilməsini hansısa zarafat adlandırmasını, 140 polisin xəsarət almasını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən istifadə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı tətbiqi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu utancvericidir”, - parlament sədri vurğulayıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam