Ukrayna Kurskda məqsədinə nail oldu...
Ukrayna artıq öz məqsədlərinə qismən nail olub. Kursk əməliyyatı artıq Ukraynanın Rusiyanın hərbi gücünü dayandıra bilməyəcəyi ilə bağlı hökm sürən rəvayəti dəyişib.
Yenixeber.org: Bu barədə “Uoll Strit Jurnal” yazıb.
“Əvvəlki hərbi əməliyyatlardan fərqli olaraq, Ukrayna əməliyyatın təfərrüatını Qərbdən gizli saxlayıb. Kurska hücum ABŞ-ı təəccübləndirdi və Ukraynanın niyə belə kəskin addım atması və bundan sonra nə olacağı ilə bağlı çaşqınlıq yaratdı”, - Ağ Evdəki məmurlardan biri qəzetə bildirib.
Nəşr yazır ki, ABŞ administrasiyası ehtiyatla Zelenskinin mərcəsinin nəticə verib-verməyəcəyini gözləyir:
“ABŞ Ukraynaya əməliyyatı həyata keçirmək üçün dəstəkləyir, eyni zamanda məsələnin ictimai müzakirəsindən yayınmağa çalışır. Ağ Evdən və Pentaqondan tutmuş ABŞ-ın Almaniyadakı Avropa Komandanlığının qərargahına qədər rəsmilər ehtiyatlı nikbinliklə izləyirlər”.