Ukraynanın itkiləri yeniləndi -SİYAHI
Rusiya müharibənin 913-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 640 təyyarəsi, 283 helikopteri, 30 434 PUA-sı, 575 zenit-raket kompleksi, 17 557 tank və digər zirehli texnikası, 1 425 reaktiv yaylım atəş sistemi, 13 594 artilleriya və minaatanı, 25 139 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.