Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Azərbaycanda Omikrona yoluxma ilə bağlı vəziyyət necədir?

 

Azərbaycanda yeni növ koronavirus infeksiyasının Omikron ştamına yoluxma ilə bağlı vəziyyət açıqlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Hazırda istər bizə qonşu, istərsə də ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar: “Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir”.

T. Eyvazov bildirib ki, risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam