Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml “qoca”larının istifadə etdiyi Tibet möcüzəsi –“Cavanlıq cövhəri” Kosıgin üçün düşərli olmayıb...

COVHER.jpg (167 KB)

Mövcud olduğu 70 il ərzində SSRİ-də baş nazir vəzifəsini (SSRİ Xalq Komissarları Sovetinin sədri, SSRİ Nazirlər Sovetinin sədri) 11 nəfər daşıyıb: Vladimir İliç Lenin, Aleksey Rıkov, Vyaçeslav Molotov, İosif Stalin, Georgi Malenkov, Nikolay Bulqanin, Nikita Xruşov, Aleksey Kosıgin, Nikolay Tixonov, Nikolay Rıjkov və Valentin Pavlov.

Yenixeber.org: Mixail Smirtyukov yeganə dövlət məmurudur ki, Lenindən başqa qalan 10 baş nazirlə işləmək ona qismət olub. O, Nazirlər Sovetində işə 1930-cu ildə qəbul olunub və nə az, nə çox, düz 60 il bu qurumda işləyib. 1964-1989-cu illərdə isə Smirtyukov SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinə rəhbərlik edib. Siyasi Büro üzvlərini çıxmaq şərtilə Mixail Smirtyukov yeganə məmur olub ki, Kremlin qəbul edəcəyi ən vacib qərarlar onunla razılaşdırılıb. Əslində vəzifə ranqına görə o, Nazirlər Sovetində maliyyə, təminat, təchizat və bu kimi məsələlərə cavabdehlik daşıyıb. Müasirlərinin söylədiklərinə görə, Kreml birincilərinin onunla hesablaşmasının səbəbi Smirtyukovun son dərəcə savadlı, düzgün qərar qəbul etmək və proqnoz vermək bacarığı olub.

60 illik fəaliyyətində Mixail Smirtyukov çox hadisələrin şahidi olub və həmin hadisələr haqqında zaman-zaman mətbuata danışıb. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Smirtyukovun müsahibələri böyük maraqla qarşılanıb.

SSRİ-nin süqutundan sonra onun maraqlı açıqlamalarından biri isə Kreml birincilərinin sağlamlıqları ilə bağlı olub:

“1970-1980-ci illərdə Kreml məmurları siyasi fəallıqları ilə yanaşı, həm də uzunömürlü olmaları ilə diqqət çəkirdilər. Hətta xalq arasında Siyasi Büronun üzvlərini “Kreml qocaları” da adlandırırdılar. Bəli, siyasilər gərgin işləməklə yanaşı, həm də sağlamlıqlarının qeydinə qalmağa vaxt tapırdılar. Mütəmadi olaraq müayinələrdən keçirdilər, təyin edilmiş müalicələrə ciddi riayət edirdilər. Amma bunlarla yanaşı, siyasilər xalq təbabətinə də üstünlük verirdilər. Düzdür, onlar bu haqda açıq-aşkar danışmırdılar, elə zənn edirdilər ki, xalq təbabətindən istifadə sovet səhiyyəsinin uğurlarına kölgə salmaqdır. Mən dəfələrlə belə hadisələrin şahidi olmuşam.

KMOM.jpg (228 KB)

1975-ci ildə Nazirlər Sovetinin sədri Aleksey Kosıginin kabinetində illik hesabatla bağlı məruzə hazırlayırdıq. Kabinetdə ikimizdən başqa heç kim yox idi. Çox keçməmiş Kosıginin birinci müavini Kiril Mazurov köməkçinin icazəsindən sonra içəri keçdi. Kosıgin ona əyləşmək üçün yer göstərdi. Mazurov tələsdiyini bildirərək əlindəki kağızı ona uzatdı:

- Aleksey Nikolayeviç, dünən sizə danışdığım resepti gətirmişəm.

Kosıgin kağıza ötəri nəzər yetirdikdən sonra soruşdu:

- Bu cövhəri hər il qəbul etmək olmaz?

- Yox, yalnız 5 ildən bir.

- Hə, demək hələ 5 il də yaşamaq lazımdır.

- 5 il nədir, bu, uzunömürlülük cövhəridir.

Həmin vaxt Kosıginin 71 yaşı var idi...”

Maraqlıdır, Mazurov Kosıginə hansı cövhərin reseptini gətirib, kreml məmurları öz ömürlərini hansı yolla uzatmaq istəyiblər?

Həmin cövhər “Cavanlıq cövhəri” adlanır. Tibet loğmanlarının hazırladıqları bu cövhər illərin sınağından çıxaraq qədim dövrlərdən elə bu günlərə qədər də dəyərli, orqanizmə ən faydalı və onu cavanlaşdıran bir cövhər kimi məşhurluğunu saxlamaqdadır. Hazırda dünyanın bir çox ölkələrində bu cövhər maraqla qarşılanır və hazırlanaraq istifadə olunur.

Cövhəri hazırlamaq üçün 350 qram sarımsağın şirəsi çıxarılır, üzərinə 30-50 qram zeytun yağı əlavə edilir və 300 qram təmiz spirtlə qarışdırılır. Alınmış kütlə ağzı kip bağlanmış şüşə qabda qaranlıq və sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra tənzifdən süzülür və yenidən 3 gün eyni şəraitdə saxlanılır. Artıq 3 gündən sonra “Cavanlıq cövhəri” istifadəyə hazır olur.

Cövhərdən istifadə aşağıdakı cədvəldə göstərildiyi kimi ciddi rejimlə qəbul olunmalıdır. Hər günə uyğun göstərilən damcılar 50 qram soyuq südə əlavə olunaraq içilməlidir.

GÜNLƏR SƏHƏR GÜNORTA AXŞAM

1-ci gün 1 damcı 2 damcı 3 damcı

2-ci gün 4 damcı 5 damcı 6 damcı

3-cü gün 7 damcı 8 damcı 9 damcı

4-cü gün 10 damcı 11 damcı 12 damcı

5-ci gün 13 damcı 14 damcı 15 damcı

6-cı gün 15 damcı 14 damcı 13 damcı

7-ci gün 12 damcı 11 damcı 10 damcı

8-ci gün 9 damcı 8 damcı 7 damcı

9-cu gün 6 damcı 5 damcı 4 damcı

10-cu gün 3 damcı 2 damcı 1 damcı

10 gündən sonra yerdə qalan cövhər hər gün 3 dəfə 25 damcı, yenə də 50 qram südə əlavə olunmaqla qəbul edilir. Bu cavanlıq cövhərinin təkrar qəbulunu növbəti dəfə yalnız 5 ildən sonra etmək olar.

“Cavanlıq cövhəri” illərin sınağından keçsə də, Kosıginə onu 5 ildən sonra ikinci dəfə qəbul etmək qismət olmayıb. Baş nazir 1980-ci ildə vəfat edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam