ABŞ-nin Moskvadakı müvəqqəti işlər vəkili Stefani Holms Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeber.org: Bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilir ki, buna səbəb amerikalı jurnalistlərin Kursk vilayətinə getməsi olub. Görüş zamanı Holmsa hadisə ilə bağlı Rusiya tərəfinin kəskin etirazı qeyd olunub.
Xatırladaq ki, avqustun 6-da Rusiya Kursk vilayətində ukraynalı hərbçilərin sərhədi keçdiyini açıqlayıb. Ukrayna tərəfi isə təqribən 1 həftəyə yaxın hadisə ilə bağlı açıqlama verməyib. Bunun ardınca isə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiy Kurskda əməliyyat keçirildiyini təsdiq edib. Ukrayna həmin vilayətdə 80-dən çox yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.