Rusiya-Azərbaycan universiteti yaradılacaq
“Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyir”.
Yenixeber.org: Bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən deyib.
“Hazırda Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik”, - deyə Putin qeyd edib.