Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İranın müvəqqəti işlər vəkili bu nazirliyə çağırıldı -SƏBƏB

Estoniya XİN İranın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb

Estoniya Xarici İşlər Nazirliyi aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya sakininin azad edilməsini tələb etmək üçün quruma çağırıb.

Yenixeber.org: Bu barədə Estoniya Milli Yayım Korporasiyası məlumat yayıb.

Nazir Marqus Tsahkna bildirib ki, Xarici İşlər Nazirliyi “MSC Aries” gəmisinin ələ keçirilməsini pisləyib və ekipaj üzvlərinin, o cümlədən Estoniya sakininin dərhal azad edilməsini tələb edib.

“Dünyada, xüsusilə Yaxın Şərqdə artan gərginlik dənizçilərin işlərini getdikcə daha təhlükəli edir. Yük gəmilərinin hədəfə alınması qəbuledilməzdir. İran qlobal sülh və təhlükəsizliyə təhdiddir, ona görə də İrana qarşı əlavə sanksiyalar məqsədəuyğundur”, - nazir vurğulayıb.

Xarici İşlər Nazirliyi ilə yanaşı, Estoniyanın Tehrandakı fəxri konsulu da vətəndaşlığı müəyyən edilməmiş Estoniya sakininin azad edilməsi üçün danışıqlar aparır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam