Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İranın “qırmızı xətt” riyakarlığı -mövzu Ermənistan olan kimi...

Qərbin Cənubi Qafqazda status-kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel Brüssel görüşü region dövlətləri tərəfindən haqlı narazılıqla qarşılandı. Artıq Bakı, Ankara və Moskva bu məkrli planlara ən yüksək səviyyədə sərt etiraz bildirib. 

Yenixeber.org: Bu üç paytaxt tərəfindən bir daha bölgədə sülh və sabitliyin yalnız bölgə dövlətləri tərəfindən təmin oluna biləcəyinin mümkünlüyü qətiyyətlə bəyan edilib. “Qırmızı xətt”lər göstərilib. Ermənistanın əli ilə regiona xoşniyyətli olmayan kənar müdaxilələr pislənilib. Təkcə “kənar qüvvələrin regiona gətirilməsi qırmızı xəttimizdir” deyən İrandan səs-səmir yoxdur. 

Məsələ də ondadır ki, Zəngilanda mal-qara fermasını “xarici ölkənin bazası” kimi təqdim edən və “qırmızı xəttlər” çəkən Tehran Ermənistanın sərhədə Avropa İttifaqının missiyasını gətirməsinə, ötən il Ermənistan ərazisində Ermənistanla ABŞ-ın keçirdiyi hərbi təlimlərə, amerikalı hərbi instruktorların Ermənistanda olmasına, 5 aprel görüşündə regionda yeni status-kvo və hərbi paktın yaradılmasına yönəlik görüşə reaksiya vermir.

Belə çıxır ki, İran Qərbin regiona gəlişindən daha çox güclü Azərbaycan faktorundan çəkinir. Ötən ayın sonundan etibarən İran hava yollarına məxsus yük təyyarələrinin Ermənistana silah daşıması haqda yayılan məlumata Tehranın Azərbaycandakı səfirliyinin hələ də aydınlıq gətirməməsi qənaətimizi bir daha təsdiqləyir (erməni mediasının yazdığına görə, həmin təyyarələrlə PUA-lar daşınıb). 

Zatən, İranın işğalçı Ermənistana münasibətini, işğal dövründə onunla işbirliyi qurmasını, azərbaycanlılara qarşı vəhşiliklərə, məscidlərimizin təhqir olunmasına susmasını, 44 günlük müharibədən sonra belə ermənilərə yanacaq daşınmasını, Qarabağ ərazisinə 32 İran vətəndaşının gizli səfərini biz unutmamışıq. Bəs indi Qərbin açıq-aşkar Ermənistandan özünə forpost düzəltməsinə niyə reaksiya vermir?

Təsadüfi deyil ki, rəsmi İrəvan bu məsələdə Tehran hökumətindən razılıq edib. “Bizim İranla həqiqətən çox yaxşı, dostluq münasibətlərimiz var, demək olar ki, bütün sektorlarla səmərəli dialoqumuz var, müntəzəm təmasdayıq və heç bir anlaşılmazlıq yoxdur. 5 aprel görüşü ilə bağlı İrandan heç bir mənfi reaksiya eşitməmişik”, - xarici işlər naziri Ararat Mirzoyan bildirib. 

Bəzi məlumatlara əsasən, İran ABŞ-la gizli oyun qurub, qanunsuz neft satışına göz yumulması müqabilində onun Yaxın Şərq və Cənubi Qafqazdakı siyasəti ilə qarışmır. Körfəz ölkələrində gizli ABŞ-İran görüşlərinin keçirilməsi, İran hakimiyyətində təmsil olunan şəxslərin övladlarının ABŞ-da təhsil alıb, biznes fəaliyyətləri ilə məşğul olması və s. təsadüfmü?

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov: “Qərblə İran Fransanın vasitəçiliyi ilə anlaşıblar”

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov çox diqqətçəkən fikirlər irəli sürdü. O, Qərbin İranla anlaşdığını düşünür: “Bölgədə baş verən bütün proseslərdə hər bir dövlət öz maraqları prizmasından çıxış edir. Siyasi müstəvidə baş verən oyunlar o qədər eybəcər hal alıb ki, bəzən baş verən hadisəyə bir dövlətin məntiqlə mümkün olacaq münasibətinin əksini görürük. İran bu sırada həmişə xalça altında öz oyununu qurub reallaşdıran ölkə kimi tanınıb. İranın bu gün Qərbin Ermənistana hərbi dəstək verməsi və ya Ermənistan ərazisinə hərbi kontingent göndərmək təşəbbüslərinə münasibət bildirməməsinin köklərində nə dayanır? Axı Qərbin, ilk növbədə NATO və ABŞ hərbi qüvvələrinin bölgəyə yaxınlaşmasından xoflanan İran indi bu istiqamətdə baş verən hadisələrə nədən münasibət bildirmir, susur? İranla Qərbin bu məsələ ətrafında hər hansı bir gizli anlaşmasının olması mümkündür. Heç şübhə etməyək ki, bu anlaşma 1970-ci illərdə İrana İslam İnqilabını ixrac etmiş Fransanın təşəbbüsü ilə baş tutub. Yəni 5 aprel görüşü ərəfəsində Qərblə İran Fransanın vasitəçiliyi ilə anlaşıblar. Bu anlaşma müqabilində Qərb İrana hansısa məsələlərdə güzəştə gedəcəyinə dair öhdəliklər götürüb. Həmin öhdəliklər Yaxın Şərqdə gedən proseslərdə İranın hər hansı bir istəyinin qəbul edilməsindən və ya İran neftinin gizli yollarla satılmasına Qərbin göz yummasından ibarət ola bilər. Lakin bu razılaşmanın ömrü o qədər də uzun ola bilməz. Ən azından Qərbin öz üzərinə götürdüyü öhdəlikləri sonradan pozmasına və bununla da qarşı tərəfi zərbə altına qoymasına dair onlarla nümunələr mövcuddur. Əgər Qərb İranla anlaşıbsa və bu gün İran ona vəd olunmuş nələrinsə müqabilində Qərbin hərb maşınının Ermənistan ərazisinə gəlməsinə göz yumursa, sabah Qərb heç nə olmamış kimi götürdüyü öhdəliklərdən imtina edə bilər. O halda İran nə edəcək? Heç nə? Bunu yəqin ki, molla rejimi anlamamış deyil”.

Sabiq nazir cənub qonşumuzun məlum davranışlarının da təəccüblü olmadığını qeyd etdi: “İranın bu addımı eyni zamanda Azərbaycan Türkiyə birliyinə qarşı bir addım kimi də dəyərləndirilməlidir. Türk düşməni olan, erməniləri özünə qardaş bilən fars rejimindən bundan artığını gözləmək də lazım deyil. İran rejiminin bu məsələdəki mövqeyi, obrazlı desək, qonşusunun iki gözünü çıxartmaq xatirinə özünün bir gözünün çıxardılmasına razılıq vermək qədər rəzalətdir. 

İranın bu məsələdə hansı mövqe sərgiləməsindən asılı olmayaraq bölgədə əsas söz sahibi Rusiya, Türkiyə və Azərbaycandır. Rusiya Ermənistanı Qərbə güzəştə getməyəcək. Ermənistanı bu bölgədə Rusiya yaradıb və onun bu bölgədəki varlığı birmənalı olaraq Rusiyanın istəyinə bağlıdır. Qərb bu gün Ermənistanı da Ukrayna kartı kimi Rusiyaya qarşı istifadə etmək istəyir. Ağlını itirmiş, əli hər yerdən üzülmüş Paşinyan isə könüllü olaraq özünü də, ölkəsini də Qərbin bu oyunlarının qurbanına çevirir..."

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

     Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan arasında baş tutan görüşün regionda gərginliyi artıraraq yeni qüvvələr nisbəti yaratmaq məqsədi güdməsi artıq heç bir şübhə doğurmur. Onun fikrincə, hətta tərəflərin istər Azərbaycan Prezidentinə telefon zəngində, istərsə də sammit sonrası mətbuat üçün açıqlamalarda görüşü birmənalı şəkildə iqtisadi məqsədlərlə əlaqələndirmələri belə yeni və təcavüzkar geosiyasi arxitektura niyyətlərini pərdələyə bilmədi: “Məlumdur ki, regionun əsas hərbi-siyasi güc mərkəzi olaraq Bakı proseslərin cari inkişafına dair özünün qəti mövqeyini ortaya qoydu. Eyni zamanda NATO blokunun aparıcı hərbi qüvvələrindən olan Türkiyənin də Brüssel sammiti ilə bağlı Azərbaycanla yekdil yanaşması var. Həmçinin gecikmiş olsa belə, Rusiya Xarici İşlər Nazirliyi və rəsmi Moskva tərəfindən dəstəklənən çoxsaylı rusiyalı ekspertlər və media qurumları Ermənistanın Qərb bloku ilə yaxınlaşması cəhdlərini kəskin tənqid etməkdədir. 

Lakin maraqlıdır ki, Vətən müharibəsi dövründə və sonrakı period ərzində regionda yad ünsür “ovuna çıxmış”, Azərbaycanı heç bir fakta əsaslanmadan bölgədən olmayan xəyali dövlətləri regiona gətirməkdə ittiham edən İran nədənsə Avropa İttifaqı və ABŞ-ın Cənubi Qafqaza rəsmən hərbi müdaxiləsi cəhdinə göz yumur. 

Bu isə cənub qonşumuzun heç də Qərbdən daha az riyakar olmadığının və ikili standartlara əsaslanan mövqesizliyinin göstəricisidir. Hər cümə günü məscidlərdə şeytan adlandırdığı Amerikaya lənət oxumağı ibadət ritualına çevirmiş Tehran rejimi ABŞ-ın onun sərhədləri boyu möhkəmlənməkdə olmasını sanki görmür. Üstəlik, bu, Tehranın simasız davranışının ilk nümunəsi deyil. İran artıq il yarımdır ki, qulağının dibində yerləşmiş olan Avropa İttifaqı missiyasının mövcudluğunu da bu cür susqunluqla qarşılamışdı. Əlbəttə, bu, təsadüf deyil və görünən odur ki, Tehran Qərblə bu məsələdə anlaşıb. Yəni İran növbəti dəfə xaçlı ittifaqı ilə özünün müsəlman qardaşları əleyhinə işbirliyinə girir. Bu isə o deməkdir ki, İran üçün nə hüquqi, nə dini, nə də mənəvi dəyər anlayışı yoxdur. Yəni görünən odur ki, rəsmi Tehran rejimi nəinki şeytan adlandırdığı dövlətlə, hətta şeytanın özü ilə də anlaşmağa hazırdır".

Deputat yaranan situasiyanı iki amillə bağlayır: “Birincisi, İranın hakim dairələri üçün maddi maraqlar hər şeydən öndə gəlir, yəni İran muzd qarşılığında susur. Daha doğrusu, illərdir tətbiq olunan sanksiya pərdəsi Tehranın susması qarşılığında gizli şəkildə hakim dairələrin biznesi üçün aralanır. 

İkincisi və ən əsası, böyük Azərbaycan və bütöv Türk dünyası amili İranı elə qorxudur ki, Tehran üçün mənəvi dəyərlər və İslam həmrəyliyi arxa plana keçir. Bu elə bir qorxudur ki, yaxın zamanlarda İran hakimiyyətindən məscidlərə Amerika üçün dualar edilməsi barədə direktivlər yollansa, artıq təəccüblənmərik.

Lakin Tehran unutmamalıdır ki, tutduğu mövqe əslində özünün oturduğu budağı kəsməsidir. Çünki Qərbin Ermənistana yerləşmə ehtimalı əslində həm də İranın Qafqazdakı mövqelərindən sıxışdırılması demək olacaq".(musavat)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam