Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Fələstinin tanınmasına kim mane olur? -Böyük güclərin çəkişməsi olmasa, HƏMAS bölgədə at oynada bilməzdi

 Fələstinin müdafiəçiləri çoxaldıqca onun tam müstəqil dövlət olması, beynəlxalq hüququn subyekti olaraq tanınması çətinləşir. 

Yenixeber.org: İndiyədək Fələstin dövlətini 140 ölkə rəsmi olaraq tanıyıb. BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvündən üçü - ABŞ, Böyük Britaniya və Fransa hələ ki bu addımı atmayıb. 

ABŞ-ın dövlət katibi Antoni Blinken Fələstin dövlətinin yaranmasını müsbət qarşıladıqlarını bildirsə də, dövlət olaraq bu istiqamətdə real addım atmayıblar. Əksinə, bu günlərdə Fələstinin BMT-nin tam hüquqlu üzvü olması ilə bağlı qətnaməsinə veto qoyub. 

Böyük Britaniyanın xarici işlər nazir Devid Kemeron bu ilin fevralında “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, HƏMAS Qəzza zolağını tərk edərsə, krallıq rəsmi olaraq bu addımı ata bilər. 

Fransa Xarici İşlər Nazirliyinin Avropa İşləri üzrə nazir-nümayəndəsi apreldə “Sud Radio”ya müsahibəsində deyib ki, mütəşəkkil sülh prosesi çərçivəsində, vaxtı çatarsa, ölkəsi Fələstin dövlətini tanımağa hazırdır.

Rusiya 2014-cü ildə Fələstini tanıyıb. Çin Xalq Respublikası isə 1988-ci il noyabrın 20-də Fələstin dövlətini tanıyıb, 1989-cu ildə isə onunla diplomatik əlaqə qurub. Bir il sonra Fələstinə diplomatik nümayəndəsini göndərib. O vaxtadək Çin Tunis vasitəsi ilə Fələstinlə diplomatik əlaqə saxlayırdı. 

Fələstinin tanınmasında böyük güclərin rəqabəti görünən qədər olub. Fələstin dövlətinin yaranması ideyasını müdafiə edənlərdən biri o vaxtkı SSRİ olub. O da 1988-ci ildə İsrailin muxtariyyəti saydığı ölkəni tanıyıb, bir il sonra Moskvada nümayəndəliyin səfirlik olması haqqında qərar qəbul edib. 

Həmin illərdə SSRİ ilə Çin qərbdən gələn demokratik hərəkat dalğasına bu kimi məsələlərlə mane olmağa, yaxud acıq verməyə çalışırdı. Çünki Çin hakimiyyətinin Fələstinlə diplomatik münasibətləri inkişaf etdirməsi 1989-cu il iyunun 4-də Tyananmen meydanında törətdiyi zorakılıqdan sonraya təsadüf edir. 

SSRİ-nin hüquqi varisi olsa da, Rusiya Fələstini 2014-cü ildə tanıyıb. Həmin il Ukraynanın Rusiyanın nəzarətindən, nüfuz dairəsində çıxması prosesi güclənirdi. 

Deməli, birinci çətinlik. Məşhur beşlik Fələstinin tanınmasından bir-birinə qarşı diplomatik güc nümayişi kimi istifadə edir. 

Bu günlərdə HƏMAS-ın məsul şəxslərindən biri Xəlil əl-Hayya İstanbulda “Associated Press”ə müsahibəsində bildirib ki, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövləti yaradılarsa, onda bu silahlı-siyasi qruplaşma beş il və ya daha uzun müddətə atəşkəsə razılıq verməyə hazırdır. Onun sözlərinə görə, bu halda qruplaşmanın silahlı qanadını buraxıb, siyasi partiyaya çevrilə bilərlər. 

Hələ 2006-cı ildə parlament seçkilərindən sonra Fələstinin dövlət başçısı Mahmud Abbas qruplaşmaya qanunsuz silahlı birləşməni buraxaraq, silahları təhvil verməyi təklif etmişdi. O, HƏMAS-ı Fələstin dövlətini quruculuğu ilə məşğul olmağa dəvət etmişdi. Ancaq onda qruplaşma bu təklifləri rədd edərək, Qəzza zolağında öz hökumətini qurmuş, bununla da Mahmud Abbas hakimiyyətinə qarşı müxalifət kimi çıxış etməyə başlamışdı. Həmin dövrdə FƏTH-lə HƏMAS arasında əlaqələr kəsilib. 

Qruplaşmanın atəşkəs, əsir və girovların mübadiləsi ilə bağlı çağırışına İsrail hökuməti cavab verib. Bunu HƏMAS-ın Qəzza zolağındakı müavini Xəlil əl-Hayya bildirib. 

Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan əsir və girovların mübadiləsinə dair HƏMAS-la İsrail arasında Qətər və Misirin əldə etdikləri razılaşmanı yeni impuls adlandırıb. İsrailin Baş naziri Binyamin Netaniyahuya hökumətdə təzyiqlər var. Maliyyə naziri Betsalel Smotriç baş naziri Misir təşəbbüsünə razılıq verəcəyi halda kabinetə tərk edəcəyi ilə hədələyib. 

Bu görüş aprelin 30-na nəzərdə tutulub. 

İkinci maneə, HƏMAS və FƏTH arasında küsülülükdür. Yeri gəlmişkən, Çində bu təşkilatlar arasında barışıq üzrə danışıqlar keçirilib.

Üçüncü isə İsrail hökumətində Fələstin məsələsinin dinc yolla həllinə nail olmaqla bağlı fikir ayrılığıdır.  

Ərəb dövlətləri ilə İsrail arasında münasibətlər birmənalı deyil. Onların yəhudi dövləti ilə siyasi-diplomatik əlaqələri zəifdir, bir sıra hallarda isə yoxdur. Olan əlaqələr isə problemin həllinə yardım etməkdə yetərli sayılmır. 

Bu gün - aprelin 29-da Səudiyyə Ərəbistanında ABŞ və Böyük Britaniya XİN başçılarının iştirakı ilə Qəzza zolağı üzrə görüşü keçiriləcək. Bir gün sonra dövlət katibi Antoni Blinkenin İsrailə səfər edəcəyi planlaşdırılır. 

Tərəflər danışıqlara üstünlük verdiyi bir halda Tehran hakimiyyəti İsraili hədələməkdə davam edir. İranın hərbi komandanlığı İsrailin lazım olan ərazilərinə raket zərbələri endirəcəklərini bildiriblər.

HƏMAS-ın, eləcə də İranyönümlü başqa qanunsuz silahlı qrupların zolaqdan çıxması və ya neytrallaşdırılması İranın bölgədən çıxmasını sürətləndirər. Ona görə də Tehran uçun Fələstinin gələcəyindən daha çox həmin qruplaşmaların regionda mövcudluğunu qorumaq vacibdir. 

Bu kimi səbəblərdən dördüncü, bəlkə görünən ən böyük maneə İran sayılır. 

Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olaraq tanınmasına əngəl olan çoxlu problemlər var. 74 ildir, onun tanınması ilə bağlı oxşar maneələr davam edir. Ən başlıca əngəl isə beynəlxalq güclər arasında çəkişmələrdir. Yoxsa, HƏMAS və başqaları Yaxın Şərqdə belə asanlıqla at oynada bilməzdi.(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam