Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək- DE-FAKTO

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.

Yenixeber.org xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır.
“Karat Holdinq” MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur.
Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, “Karat Holdinq”in sahibi kimi Əsabil Qasımovun adı çəkilir.
Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib.
İqdam Umudov Əsabil Qasımovun qaynıdır.
Keçmiş deputatın biznesi “Karat Holdinq”lə məhdudlaşmır. Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun “Karant Holdinq” MMC-dən başqa aşağıdakı şirkətləri var:
– “Karat” MTK
– “İdeal” MMC
– “Azİnvest” Tikinti Şirkəti
– “Everest-M”
– “Şin Servis”
– “Karmen” MMC (Un dəyirmanı)
– Hökməli Makaron Fabriki
– Hökməli Kisə Fabriki
– “ASTE”L MMC (Quşçuluq fabrikləri)
– Gəncədə “Fatoğlu” un dəyirmanı
– Bakıda “Marina Plaza” oteli
– Bakıda “Premium” market(Tribunainfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam