Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır – TƏFƏRRÜAT


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tenderin qalibi “Lukoyl”un Lənkaran şəhərindəki Yanacaq Doldurma Məntəqəsinin (YDM) müdiri fiziki-şəxs Əhmədov Ceyhun Əlirza oğlu (VÖEN – 2600109902) olub.

Ceyhun Əhmədov Gömrük İdarəsinə 1 200 manat dəyərində dizel yanacağı satacaq.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, dövlət satınalmaları portalında satınalmanın təkliflər sorğusu metodu əsasında və portaldan kənar keçirildiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 44-cü maddəsində satınalmaların təkliflər sorğusu metodu ilə keçirilməsi barədə heç bir müddəa yoxdur.
Satınalmaların təkliflər sorğusu metodu ilə keçirilə biləcəyi hazırda qüvvədə olmayan köhnə qanunun 16-cı maddəsində nəzərdə tutulub.
Yeni Qanunun 15.1.-ci maddəsində isə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Bu səbəbdən dizel yanacağının satın alınması məxfi məlumat hesab olunması başa düşlən deyil.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam