Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

      Müğənni Rəqsanə İsmayılova bir ildir aldığı ərzağın pulunu ödəmir.
 
Yenixeber.org: Bu barədə Gəncə nemətləri satan şəxs sosial şəbəkə hesabında məlumat verib.
O, öz səhifəsində müğənninin sosial şəbəkə hesabını işarəyələk bunları yazıb:
“Rəqsanə xanım, ödənişi eləyin, 1 ildir gözləyirəm. Aysun xanıma deyirəm, deyir, mənlik deyil. Ayıbdır vallah, insan insana hörmət qoyanda belə eləməz”.
Şəxs onu da iddia edir ki, R.İsmayılova 5 aydır onun mesajlarına cavab vermir: “Çox tanınmış insanların verəcəyi var, bu nədir ki. Sadəcə insan insanı başa düşər, alverdə alacaq da olar, verəcək də, amma aldatmaq olmaz. Bir insana 5 aydır mesaj yazasan, oxuya, cavab verməyə, mənə təsir edən odur”.
Qeyd edək ki, bir müddətdir müğənni Rəqsanə İsmayılovanın yenidən külli miqdarda borcu olması barədə xəbərlər tirajlanır. Qeyd edilir ki, hətta borc aldığı şəxslər R.İsmayılovanı məhkəməyə belə veriblər. Nəticədə R.İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. İfaçı isə borc xəbərlərini əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib, bu barədə geniş danışmaq istəmədiyini bildirib.
Zəhra, (BakuPost)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam