Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Paşinyan nəhayət -Rusiyaya gedəcək

 

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının və MDB rəhbərləri Şurasının iclasında iştirak edəcək.

Yenixeber.org-un məlumatına görə, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbə “Hraparak”a bildirib.

Məlum olduğu kimi, uzun müddətdir ki, rəsmi İrəvan Rusiya platformalarını boykot edir, nə Ermənistanın xarici işlər naziri, nə parlamentin sədri, nə də Baş nazir  Rusiyanın himayəsi altında keçirilən siyasi toplantılarda iştirak edir. Onlar yalnız iqtisadi əlaqələri qoruyub saxlamağa çalışırlar.

Məlumata görə, partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Bununla o, qarşıdakı tədbirlərdə iştirakına aydınlıq gətirib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskva Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının rəsmi görüşündə iştirak edəcəyi barədə siqnal alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam