Ukrayna cəbhəsində döyüşlər şiddətlənir
Rusiya ordusu gün ərzində Zaporojye istiqamətdə 4 hücum əməliyyatı həyata keçirib.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gün ərzində Ukrayna ordusu ilə rus ordusu arasında 42 hərbi toqquşma olub. Bu gün axşam saatlarında döyüşlər daha da şiddətlənib. Rus ordusunun hücum əməliyyatlarının qarşısı uğurla alınıb.