Qazaxıstan Rusiyanı yenə qəzəbləndirdi
Qazaxıstan hakimiyyəti ölkədə Rusiya dövlətinin nəzarətində olan televiziya kanallarını yayımlayan "Sputnik24" xidmətini bloklayıb.
Yenixeber.org: Bu barədə Qazaxıstanın "Arbat Media" nəşri yazıb.
Buna səbəb kimi Rusiya telekanallarının Qazaxıstanda fəaliyyət göstərmək üçün lisenziyasının olmaması göstərilib.
Kanalların bloklanmasına dair qərarın hələ iyun ayında imzalandığı bildirilir.