Putin YUNESKO və BMT-dən danışdı:...yeni situasiyaya uyğunlaşdırmaq lazımdır
Rusiyanın YUNESKO-dan çıxmasına ehtiyac yoxdur.
Yenixeber.org: Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Düşünürəm ki, ehtiyac yoxdur. Nə üçün? Bu, insanların bir-biri ilə ünsiyyət qurduğu və işlədiyi bir platformadır. YUNESKO xətti ilə bizim kifayət qədər ciddi layihələrimiz var. Bəziləri deyir ki, BMT-dən çıxmalıyıq, amma bu cəfəngiyyatdır, əslində bu təşkilatların yaradıcısı Rusiyadır, niyə çıxmalıyıq?”, - deyə Kreml rəhbəri bildirib.
Putin əlavə edib ki, bu strukturları dünyadakı yeni situasiyaya uyğunlaşdırmaq lazımdır.