Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyan talanmış dövlət vəsaitlərinin qaytarılmasından DANIŞDI

 

"Ölkədən talan edilmiş vəsaiti sürətli qaytarmadığımıza görə bizi çox tənqid edirlər".

Yenixeber.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentdəki çıxışı zamanı ölkənin baş naziri Nikol Paşinyan deyib.

"Bu tənqid başadüşüləndir, lakin digər tərəfdən qeyd etməliyəm ki, talanmış vəsaitlər xoşbəxtlikdən və ya təəssüf ki, soyğunçuların evlərinin rəflərində düzülmür. Bu məbləğlər diqqətlə gizlədilir. Müxtəlif yerlərdə, çox vaxt Ermənistandan kənarda gizlənir. Bundan başqa, soyğunçular bütün mümkün yollarla, o cümlədən siyasi yolla müqavimət göstərirlər, Qarabağ məsələsi, təhlükəsizlik təhdidləri və s. arxasında gizlənirlər, o cümlədən daxili siyasi qeyri-sabitlik yaratmaq cəhdləri göstərirlər. 

Hüquqi xidmət üçün milyonlar xərcləmək, hakimiyyət və məmurlara qarşı anti-təbliğat... Digər tərəfdən, vəsaitin qaytarılması dövlətçiliyin, asayişin zərər görməsi bahasına ola bilməz və bu, həmişə bizim mövqeyimiz olub. Ona görə də qanuni hüquqi mexanizmlər - qanunsuz mülkiyyətin müsadirəsi mexanizmi yaratmışıq ki, bu mexanizm yeni işə başlayıb və artıq nəticələr var.

Hazırda 1000-ə yaxın daşınmaz əmlak, 200-ə yaxın daşınar əmlak, 270-ə yaxın təşkilatın səhmləri istintaqa cəlb olunub. Bu silsilə davam edəcək və bizim bu məsələdə siyasi iradəmiz bir saniyə belə dəyişməyik. Bilirik ki, bu, talananların kiçik bir hissəsidir", - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam