Türkiyə hərbçiləri daha bir il Azərbaycanda qalacaq
Ağdam rayonunda Türkiyə-Rusiya birgə monitorinq mərkəzində xidmət edən Türkiyə hərbçilərinin ölkədə qalma müddətinin daha bir il uzadılması planlaşdırılır.
Yenixeber.org xəbər verir ki, bu barədə qərarı Türkiyə prezidenti Rəcəb Ərdoğan imzalayıb. Layihə bu həftə parlamentə göndəriləcək və Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.