Bu dövlət Qəzzaya xəstəxana gəmisi göndərdi -FOTO
İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib.
Yenixeber.org: Bu barədə ölkənin müdafiə naziri Guido Crosetto məlumat verib.
O, İtaliya donanmasına aid xəstəxana gəmisinin Qəzzadakı yaralılara kömək etmək üçün bu gün bölgəyə yola düşəcəyini bildirib.
Crosetto gəmidə 30-u sağlamlıqla bağlı fövqəladə hallara cavab verən mütəxəssis olmaqla cəmi 170 personalın olacağını vurğulayıb.
İtaliyanın müdafiə naziri regiona humanitar yardım göndərən ilk ölkələr sırasında olduqlarını da bildirib.