Hakan Fidan və Blinken görüşdü -YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Yenixeber.org xəbər verir ki, görüş Ankarada keçirilir.
Hazırda nazirlər ikitərəfli görüş keçirir.
***09:20
ABŞ dövlət katibi Antoni Blinken İraq səfərindən sonra Türkiyəyə gedib.
Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Blinken və onu müşayiət edən heyət gecə saatlarında Ankarada Esenboğa hava limanına enib.