Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ruhanidən önəmli açıqlamalar-İraqda

 

İraqa ilk səfərində Ruhanidən önəmli açıqlamalar
ABŞ prezidenti Donald Trampın Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra sanksiyalarla üzləşən İranın prezidenti Həsən Ruhani hakimiyyətdə olduğu 6 il ərzində ilk dəfə qonşu İraqa rəsmi səfər edib.
Yenixeber.org: "The Associated Press” xəbər verir ki, iranlı iş adamlarından ibarət geniş nümayəndə heyətinin də müşayiətilə 3 günlük səfər üçün Bağdada gələn Ruhanini hava limanında İraqın xarici işlər naziri Məhəmməd Əli Əl-Hakim qarşılayıb.

Səfər çərçivəsində Ruhani iraqlı həmkarı Bəhram Salih və baş nazir Əbdül Mehdi ilə danışıqlar aparacaq, iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini, xüsusən də, regionda təhlükəsizliyi, müştərək sənaye şəhərlərinin yaradılması barədə layihələri, səhiyyə, ticarət, investisiya, tranzit və turizm sahələrində əməkdaşlığı müzakirə edəcək. İran prezidenti həmçinin, İraqdakı şiə liderləri ilə görüşəcək.

Bağdada səfəri zamanı jurnalistlərə açıqlama verən Ruhani bildirib ki, “İranla İraq arasındakı münasibətlər məxsusi özəlliyə malikdir. Səfərimin məqsədi bu münasibətləri daha da dərinləşdirməkdir. İraq İranın bir çox ehtiyacını qarşılaya bilər. Bu səfərimdə önəmli layihələr gündəmdədir. Tranzit daşımaları bizim üçün xüsusi önəm daşıyır. İranla İraq arasında çəkilən dəmir yolu xəttinin hər iki ölkəyə və ziyarətçilərə faydası olacaq.”

Ruhani həm də ABŞ prezidenti Donald Trampın yeni il ərəfəsində İraqa qəfil səfərini və “İraqdakı qoşunlarımız bizə İranı yaxından izləmək üçün lazımdır” ifadəsini də sərt tənqid edib:

İranın region ölkələri və İraqla qardaşlığı sarsılmaz qalacaq. Tehranla Bağdadın münasibətləri İraqın işğalçı ABŞ-la əlaqələri ilə müqayisə edilə bilməz. Amerika regionda istənmir. ABŞ-ın İraq, Suriya və regionun digər xalqları üstünə yağdırdığı bombalar unudulacaq hadisələr deyil.”

Ruhanini müşayiət edən iranlı rəsminin sözlərnə görə, İran İraqı ABŞsanksiyalarından yayınmaqda mümkün “marşrutlardan” biri kimi qiymətləndirir. Belə ki, ötən il İran İraqa ixracı təqribən 9 milyard dollar təşkil edib. Tehran iki ölkə arasındakı 13 milyardlıq ticarət dövriyyəsini 20 milyard dollaradək artırmağa ümid edir.

Xatırladaq ki, İraqın sabiq diktatoru Səddam Hüseynin 1980-ci illərdə İrana qarşı səkkiz illik müharibəsi nəticəsində hər iki tərəf ümumilikdə bir milyon itki verib. 2003-cü ildə ABŞ-ın işğalı nəticəsində Səddam Hüseyn devrildikdən sonra isə İranİraqdakı amerikalı hərbi qüvvələrə qarşı savaşan silahlıları dəstəkləyib. Mahmud Əhmədinejat isə 2008-ci ildə İraqa səfər edən ilk İran prezidenti olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam